Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Uşaq Fondu tərəfindən eyni vaxtda Bakı və Gəncə şəhərlərində iki tədbir həyata keçirilib
Azərbaycan Uşaq Fondu tərəfindən eyni vaxtda Bakı və Gəncə şəhərlərində iki tədbir həyata keçirilib

28 iyul tarixində layihə çərçivəsində eyni vaxtda Bakı və Gəncə şəhərlərində iki tədbir həyata keçirilib. Gəncədəki tədbir «Tamas» sığınacağında yaşayan uşaqlar üçün təşkil olunub. Bakıda keçirilən tədbirə yalnız uşaq evlərinin sakinləri deyil, aztəminatlı ailələrin övladları da layihəyə qoşulub.

Keçirilən tədbir haqda Azərbaycan Uşaq Fondu tərəfindən Bizimyol.info xəbər portalına məlumat verilib. Tədbir zamanı uşaqlar üçün müxtəlif əyləncəli proqramlar təşkil olunub, onlar kinoteatrda film izləyib. Keçirilən tədbir uşaqlara təbəssüm və sevinc bəxş edib.

"Uşaqların gülüş səsləri və minnətdar baxışları bu təşəbbüsün nə qədər dəyərli olduğunun canlı sübutudur".

Qeyd edək ki, Azərbaycan Uşaq Fondu öz ali missiyasını davam etdirir — xüsusilə qayğıya ehtiyac duyanların yanında olmaq. Tərəfdaşlar və xeyirxah insanların dəstəyi ilə «Sevinc payı» layihəsi əsl xeyirxahlığın və ümidin simvoluna çevrilib.

Son xəbərlər
Bütün xəbərlər »