Həftənin sonunda, iyulun 27-də Yer kürəsində "G1" maqnit qasırğası gözlənilir və bu gün maqnitosferimizin hələ də sakit olacağı gözlənilir.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, meteoagentin proqnozuna görə, iyulun 26-da gözlənilən fırtınanın gücünü göstərən "K" indeksi cəmi 2,3 olacaq.
Bu o deməkdir ki, maqnitosferin vəziyyəti sakit olacaq. Lakin ayın 27-də vəziyyət dəyişəcək.
Xatırladaq ki, bundan əvvəl Geomaqnetizm iyulun 23-də günəş diskinin mərkəzindən püskürmənin baş verdiyini bildirmişdi.
Dəqiq tarixlər bilinməsə də, bunun iyulun 27-də Yerə təsir edəcəyi gözlənilir. Maqnit qasırğaları günəş alovları nəticəsində baş verən təbii hadisələrdir. Günəş plazmasının Yerə güclü emissiyası zamanı planetimizin maqnit sahəsi pozulur.

Bu pozulmalara geomaqnit qasırğaları deyilir.
Maqnit qasırğalarının insanların əhval-ruhiyyəsinə təsir edə biləcəyi bildirilir. Maqnit qasırğaları zamanı meteohəssas insanlarda baş ağrıları, əsəbilik, yuxusuzluq, qan təzyiqinin qalxması, xroniki xəstəliklərin kəskinləşməsi müşahidə oluna bilər.
Güclü maqnit qasırğaları həmçinin peyklərin, naviqasiya sistemlərinin (o cümlədən GPS), radio rabitəsinin işinə təsir edə bilər və hətta elektrik şəbəkələrinin sıradan çıxmasına səbəb ola bilər. Tarixdə belə fırtınaların elektrik enerjisinin böyük miqyasda kəsilməsinə səbəb olduğu hallar olub.
Qadir, Bizimyol.info






