Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tanrıya yaxınlaşma, inkişaf, zəhmət, ümid, həyat simvolu... Qaranquş müxtəlif mənalar daşıyır - Video
Tanrıya yaxınlaşma, inkişaf, zəhmət, ümid, həyat simvolu... Qaranquş müxtəlif mənalar daşıyır - Video

Minyatür sənətində quş təsvirləri müxtəlif simvolik mənalar daşıyır. Azərbaycan minyatüründə qaranquş baharın və yenilənmənin mənasını daşıyır. Qaranquş minyatürlərdə təbiət səhnələrində tez-tez rast gəlinən bir motivdir. Eyni zamanda qaranquş sevgi və sadəqətlə də əlaqələndirilir. Çünki qaranquşlar hər zaman öz yuvalarına qayıdırlar. Qaranquşlar həm də Tanrıya yaxınlaşma kimi qəbul edilir. Bəzi mənbələrdə qaranquş həm də inkişaf simvolu kimi qəbul edilir.

Qaranquş müxtəlif mədəniyyətlərdə müxtəlif mənalar daşıyır. Bəzi rəvayətlərə görə, qaranquşlar xoş xəbər gətirən quşlar kimi qəbul edilirlər. Deyilənə görə, qaranquşlar gələndə xoşbəxtlik və gözəl günlər gəlir.

Qaranquş həm də təhlükədən qurtulmaq kimi qəbul edilir. Belə ki, qaranquş tatoosu dənizçilər arasında çox məhşur idi. Dənizçilər buna ümid və həyat simvolu kimi baxırdılar. Dənizdə 5000 mil qət edən dənizçilər qaranquş döyməsi vurdurmağa layiq olduqlarını düşünürdülər.

Qaranquş eyni zamanda zəhmət simvoludur, uzun məsafələr qət etməsi, balalarına yem götürməsi buna işarədir.

İçərişəhərdə binanın üzərində qaranquş heykəlləri var. Görünür, heykəltəraş burada minyatürü nəzərə alıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »