Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"RMİD"-in icraçı katibi Kəmalə Məmmədli Özbəkistanda keçirilən beynəlxalq konfransda təmsil olunub
"RMİD"-in icraçı katibi Kəmalə Məmmədli Özbəkistanda keçirilən beynəlxalq konfransda təmsil olunub

“Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” İctimai Birliyinin icraçı katibi Kəmalə Məmmədli Özbəkistanda keçirilən beynəlxalq konfransda təmsil olunub.

Bizimyol.info xəbər verir ki, 23 may 2025-ci il tarixində Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Türk Dövlətlərinin Qadın Liderləri” adlı beynəlxalq konfrans keçirilib. Konfransda dünyanın 7 ölkəsindən və Özbəkistanın müxtəlif bölgələrindən olan qadın liderləri təmsil olunub.

"RMİD"-in icraçı katibi Kəmalə Məmmədli Özbəkistanda keçirilən beynəlxalq konfransda təmsil olunub

Konfransın əsas məqsədi Türk dövlətlərindən olan qadın liderləri arasında əlaqələrin möhkəmləndirilməsi, təcrübə mübadiləsinin aparılması və yeni əməkdaşlıqların gücləndirilməsidir.

“Türk Dövlətlərinin Qadın Liderləri” adlı beynəlxalq konfrans 27 may 2025-ci il tarixinədək davam edib. Konfrans çərçivəsində Özbəkistanın Buxara və Səmərqənd şəhərlərinə turistik səfər təşkil edilib.

Son xəbərlər
Bütün xəbərlər »