2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində öldürülən jurnalistlərin sayı 227-yə yüksəlib.
Bizimyol.info xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Telekanalın verdiyi məlumata görə, fotojurnalist Məhəmməd Əbu Əl-Auf İsrailin Qəzza şəhərinə endirdiyi zərbə nəticəsində həlak olub, eyni zamanda 3 tibb işçisi də həlak olub.
Mərhum fotojurnalist Fələstin anklavında bir neçə media orqanında işləyib.
"Qəzza hökümətinin mətbuat xidməti İsrail işğalçı hakimiyyət orqanları tərəfindən fələstinli jurnalistlərin sistematik hücumlarını və öldürülməsini ən sərt şəkildə pisləyir", - deyə “Əl-Cəzirə” qeyd edib.
Martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edərək, anklav ərazisinə kütləvi zərbələr endirib və bununla da bu ilin yanvarında yaradılmış atəşkəsi pozub.
İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bunu radikal Fələstinin HƏMAS hərəkatının danışıqlar zamanı vasitəçilər və ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoff tərəfindən irəli sürülən təkliflərdən imtina etməsi ilə izah edərək, sektordakı əməliyyatın məqsədinin bütün girovları azad etmək olduğunu bildirib.
Radikallar hərbi əməliyyatların yenidən başlamasında İsrail və ABŞ-ı günahlandırıblar.
Qadir, Bizimyol.info






