Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tanınmış rejissor Yunus Şevik qorxu filmi ilə "Ginnes Rekordlar Kitabı"na düşməkdə iddialıdır
Tanınmış rejissor Yunus Şevik qorxu filmi ilə "Ginnes Rekordlar Kitabı"na düşməkdə iddialıdır

Tanınmış rejissor Yunus Şevik öz sahəsindəki uğurlarını beynəlxalq səviyyəyə daşıyaraq daha bir ilkə imza atıb. “Kulyas 1” adlı qorxu filmi ilə böyük kassa uğuru qazanan rejissor, bu uğurun davamı olaraq “Kulyas 2” filmini çəkib.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, 18-ci əsr Rusiya Çarlığı dövründən başlayaraq, müasir Türkiyənin İstanbul və Qars şəhərlərindən keçib ABŞ-a qədər uzanan hekayəni əks etdirən “Kulyas 2” filminin çəkilişləri əvvəlcə Türkiyədə, daha sonra isə ABŞ-ın Nyu-Cersi, Nyu-York və Florida ştatlarında həyata keçirilib. Filmin rejissoru Yunus Şevikdir. Baş rollarda isə Seda Başayvaz, Can Yavuz, Muharrem Fındıcak və Cihan Yıldız kimi istedadlı aktyorlar yer alıb.

Türk-Amerika ortaq istehsalı olan “Kulyas 2”nin 8 avqust 2025-ci il tarixində ekranlara çıxması planlaşdırılır. Film 2 ölkə, 6 ştat və 37 fərqli məkanda çəkildiyi üçün Yunus Şevik bu layihə ilə “Beynəlxalq Ən Çox Çəkiliş Məkanına Sahib Qorxu Filmi” kateqoriyasında Ginnes Rekordlar Kitabına müraciət edib.

Yunus Şevik bu barədə belə deyib: “Ölkəmizin qorxu filmlərindəki irəliləyişlərinin zirvəsi “Kulyas 2” olacaq. Xarici qorxu filmlərində maksimum 30 fərqli məkanda çəkiliş aparılıb. Biz bu rekordu qırdıq və bu səbəbdən Ginnesə müraciət etdik. Əgər bu dünya rekordu rəsmi şəkildə tanınarsa, həm ölkə kinematoqrafiyamızı beynəlxalq səviyyəyə çıxarmış, həm də qorxu janrında peşəkarlığımızı sübut etmiş olacağıq.”

Son xəbərlər
Bütün xəbərlər »