Türkiyənin Xarici işlər naziri Hakan Fidanın bu gün ABŞ Dövlət katibi Marko Rubio ilə telefon danışığı olub.
“Report”un məlumatına görə, söhbətdə Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymaq üçün atılan addımlar və dünən İstanbulda keçirilən danışıqların nəticələri müzakirə edilib.
Bundan başqa Suriya və Qəzzadakı son hadisələr də dəyərləndirilib.






