Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan Festivalda Qarabağ komandasının çıxışını ayaq üstə alqışlayıb
Ərdoğan Festivalda Qarabağ komandasının çıxışını ayaq üstə alqışlayıb

Prezident Rəcəb Tayyib Ərdoğan Dünya Etnoidman Birliyinin təşkil etdiyi festivalı ziyarət edib.

Bizimyol.info xəbər verir ki, festival ərazisində yerli oyunlara da baxan prezident Ərdoğan akrobatik at nümayişi zamanı Qarabağ komandasının Türkiyə və Azərbaycan bayraqlarını açdığı anı ayaq üstə alqışlayıb.

Prezident Ərdoğan “2025-ci Ailə İli” çərçivəsində 7-ci Etno İdman Mədəniyyəti Festivalında ilk dəfə qurulan “Ailə Çadırı”nı da ziyarət edib.

Səfərdə prezident Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan, Kənd Təsərrüfatı və Meşə naziri İbrahim Yumaklı, Ticarət naziri Ömər Bolat, İstanbul valisi Davud Gül və Dünya Etno-idman Birliyinin sədri Bilal Ərdoğan da iştirak edib.

Qadir, Bizimyol.info

https://cdnuploads.aa.com.tr/uploads/VideoGallery/2025/05/24/9fd7ac4e9d9cef9878b1ffb48dc34f2e.mp4

Son xəbərlər
Bütün xəbərlər »