2023-cü ilin yanvarından bəri, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Avropadakı səfirlikləri qarşısında Qurani- Kərimin yandırılması da daxil olmaqla ümumilikdə 850-dən çox nifrət cinayəti törədilib.
“Report” xəbər verir ki, bunu Türkiyə xarici işlər nazirinin müavini Burhanettin Duran Ankarada İslamofobiya ilə Mübarizə Mərkəzi və İnstitutunun açılış mərasimində çıxışında deyib.
O bildirib ki, islamofobiya bütün dünyada və Qərbdə narahatlıq doğuran həddə çatıb.
Diyanət İşləri İdarəsinin sədri Ali Erbaş isə vurğulayıb ki, İslam dünyada qorxulu din kimi təqdim olunur:
“İslama qarşı nifrət hər ötən gün artır. İfadə azadlığı adı altında nifrət dolu çıxışların yayılması təəssüf ki, bir çox insana mənfi təsir göstərir”.






