Yunanıstanın Krit sahillərində zəlzələ baş verib.
Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar idarə edilməsi Agetliyi (AFAD) Egey dənizində 6 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb.
AFAD-ın paylaşdığı məlumata görə, saat 06.19-da Egey dənizində zəlzələ baş verib. 6 bal gücündə qeydə alınan zəlzələ ocağının dərinliyi 17,7 kilometr olub.
Muğlanın Datça rayonundan 166 kilometr aralıda qeydə alınan zəlzələ İzmir və ətraf vilayətlərdə də hiss olunub. İlkin məlumata görə, zəlzələ zamanı heç bir fəsad yaşanmayıb.






