Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həbsdə olan TikToker-şairə İlhamə Elşadqızı: “Məni dəlixanaya aparırlar, qanımı yoxlatdırırlar, ayıbdır” - Video
Həbsdə olan TikToker-şairə İlhamə Elşadqızı: “Məni dəlixanaya aparırlar, qanımı yoxlatdırırlar, ayıbdır” - Video

Həbsdə olan TikToker-şairə, telekanallarda ekspert kimi çıxış edən İlhamə Elşadqızının (Əsgərovanın) məhkəməsi başlayıb.

Bizimyol.info xəbər verir ki, mayın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Narkotik ittihamına münasibət bildirən İlhamə Elşadqızı özünü təqsirli bilmədiyini söyləyib: “Şər-böhtandır. Allah eləməsin mən narkoman olum. Məni dəlixanaya aparırlar, qanımı yoxlatdırırlar. Ayıbdır. Yaşımın bu vaxtında mənə qara ləkə vurmasınlar. Cibim də vicdanım kimi təmizdir. Mən sənət eşqi ilə alışıb-yanan adamam, Kürdəxanıda nə işim var?”

Məhkəmədə İlhamə Elşadqızının vəkili onun ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Lakin vəsatət təmin olunmayıb.

Məhkəmə prosesi iyunun 11-də davam edəcək.

İlhamə Elşadqızı Cinayət Məcəlləsinin 234.1-1 maddəsilə ittiham olunur. O, 2024-cü il dekabrın 24-də həbs olunub.

İttihama əsasən, onun üzərindən 5,033 qram narkotik tapılıb.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »