Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İran əhalisinin böyük əksəriyyəti Amerika Birləşmiş Ştatları ilə problemlərin həllini gözləyir" - Video
"İran əhalisinin böyük əksəriyyəti Amerika Birləşmiş Ştatları ilə problemlərin həllini gözləyir" - Video

"İran prezidenti Məsud Pezeşkian İranda iki böhranın olduğu bir şəraitdə Azərbaycana səfər etdi. Bu böhranlardan biri İranın Amerika arasında danışıqlarının aparılmasıdır. Cəmiyyətin bütün fikri bu məsələnin üzərindədir. Çünki hazırda İranda iqtisadi vəziyyət çox acınacaqlıdır. İran əhalisinin 84 faizi istəyir ki, İran Amerika ilə bu problemləri həll etsin və İran bu iqtisadi çətinlikdən qurtulsun. Hazırda bütün mətbuat, internet saytları, jurnallar hər şey bu məsələnin üzərində fokuslanıb. İranın Şəhid Rəcai limanında yerləşən kimyəvi maddələr anbarında da partlayış baş vermişdi. Həmin faciə nəticəsində azı 100 nəfərə qədər insan ölmüş, 1250-dən çox şəxs isə müxtəlif dərəcəli xəsarət almışdı".

Bu barədə Bizimyol.info xəbər portalına güneyli siyasi şərhçi Maşallah Rəzmi danışıb. Siyasi şərhçi qeyd edib ki, bu səbəbdən İranda heç bir mətbuat Məsud Pezeşkianın səfərindən, səfərin əhəmiyyətindən və səfərin məqsədindən yazmadı.

Maşallah Rəzmi Maşallah Rəzmi

Maşallah Rəzmi hesab edir ki, İran prezidenti Məsud Pezeşkianın Azərbaycan səfəri ilə bağlı xəbərlər digər hadisələrin fonunda diqqətdən kənarda qaldı və gözlənilən həcmdə yazılmadığı üçün İranda əhalinin bundan xəbəri olmadı.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »