Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycan-İran münasibətlərinin yaxşılaşmasını istəməyən, mane olan 3 qrup qüvvə var" - Video
"Azərbaycan-İran münasibətlərinin yaxşılaşmasını istəməyən, mane olan 3 qrup qüvvə var" - Video

“İran prezidenti Məsud Pezeşkianın Şimali Azərbaycana səfəri əsas iqtisadi məqsəd daşıyır. Məsud Pezeşkian çalışıb ki, Azərbaycanla iqtisadi razılaşmalar əldə edilsin və İranla Azərbaycan iqtisadi münasibətləri bir az inkişaf etmiş olsun. İranın beynəlxalq iqtisadiyyat yolu demək olar ki, bağlanıb. İranın təkcə yolu qonşu ölkələrlə kiçik layihələrdə iştirak edib, iqtisadiyyatını qoruya bilsin. Çünki bu gün İran böyük layihələrdə yoxdur”.

Bu barədə Bizimyol.info xəbər portalına güneyli siyasi şərhçi Maşallah Rəzmi danışıb. Siyasi şərhçi hesab edir ki, İran prezidenti Məsut Pezeşkianın Şimali Azərbaycana səfəri əsas iqtisadi məqsəd daşıyırdı və İran höküməti hazırda qonşu ölkələrlə iqtisadi münasibətləri yaxşılaşdırmaq niyyətindədir.

Maşallah Rəzmi Maşallah Rəzmi

“İranda qüvvələr var ki, onlar Azərbaycan və Türk ölkələri ilə münasibətlərin inkişaf etməsindən narazıdırlar. Birinci qrupa paniranistlər deyirik. Onlar heç bir zaman Azərbaycanın müstəqilliyini qəbul etməyiblər. Bu qrup istəyir ki, Türkmınçay müqaviləsində hansı ölkələr İrana aid edilibsə, yenə də İrana aid olmalıdır.

İkinci qrup Azərbaycanın İsraillə olan münasibətlərindən narazı olan qüvvələrdir. Bu qrup hətta bir zamanlar Azərbaycanı İsrailə neft verdiyi üçün təhdid də edib.

Üçüncü qrup, Azırbaycanla İranın münasibətlərinin yaxşılaşmasını qəti istəməyən qüvvələırdir. Onlar qorxur ki, İran azərbaycanlıları güclənər və bu da fars hökümətini zəiflədə bilər”-deyə Maşallah Rəzmi qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »