Omanın sultanı Haysəm bin Tarek Əl Səid bazar ertəsi, aprelin 21-də Rusiyaya dövlət səfərinə gedəcək.
Bizimyol.info xəbər verir ki, bu barədə Oman Xəbər Agentliyinə məlumat verib.
Oman sultanı Kremldə Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacaq. Tərəflər regional və beynəlxalq gündəliyin müxtəlif aspektlərini, o cümlədən iqtisadiyyat, ticarət, investisiya və enerji sahələrində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
Bildirilir ki, qarşıdan gələn görüş "iki dost ölkənin tərəfdaşlıq strategiyalarını inkişaf etdirərək ümumi maraqlarını irəli sürmək istəyini əks etdirir". Səfər ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 40-cı ildönümünə təsadüf edir.
Oman və Rusiya Sultan Heysəm bin Tarek Əl Səidin Moskvaya səfəri zamanı adi pasport sahibləri üçün viza tələblərinin qarşılıqlı ləğvi də daxil olmaqla 10 saziş imzalayacaq.
Omanın Rusiyadakı səfiri Hamud bin Salem əl-Tuayx sözlərinə görə, Oman və Rusiya arasında yeni sazişlər və anlaşma memorandumları ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində mühüm addım olacaq və ticarət, enerji, təhsil və turizm kimi bir çox sahələrdə əməkdaşlıq üçün yeni üfüqlər açacaq”, - deyə səfir əlavə edib.
Kremlin məlumatına görə, Rusiya prezidenti çərşənbə axşamı, aprelin 22-də Oman Sultanı ilə danışıqlar aparacaq və dövlət başçıları ticarət-iqtisadi, maliyyə, investisiya, mədəni-humanitar sahələr də daxil olmaqla, əməkdaşlığın əsas istiqamətlərini nəzərdən keçirəcəklər.
Qadir, Bizimyol.info






