“Bu gün İsrail İrana hücum etmək üçün hazırlıq görür. Buna dünya şahiddir. Bu məsələdə Amerika İsraillə həmrəylik göstərir. Bu da dünya üçün gizli bir vəziyyət deyil. İranın İsrailə raket atdığı gün İran hakimiyyətinin sonu başlandı. Yəni həmin günə qədər İsraildə İrana hücumla bağlı həmrəylik yox idi. Amma həmin gündən etibarən Netanyahu hakimiyyəti və ona müxaliflər olanlar da ciddi şəkildə qərar verdilər ki, İranın təhdidlərinə son qoyulsun”.
Bu barədə Bizimyol.info xəbər portalına güneyli fəal, siyasi şərhçi Maşallah Rəzmi danışıb. Siyasi şərhçi qeyd edib ki, İsrail kiçik bir ölkədir, azsaylı əhalisi var və İran da böyük ölkədir, İsraildən daha çox əhalisi var. Maşallah Rəzminin fikrincə, İsrail ABŞ yardımı ilə İrana zərər verə bilər, amma İranın İsrailə verə biləcəyi zərər daha ağır olar.
Maşallah Rəzmi“Bu gün İran İslam Cümhuriyyəti çox zəif vəziyyətdədir. Bir tərəfdən millət narazıdır. Yaşayış ağırdır, inflyasiya var. 7-8 ildir inflaysiya 40-50 olub. İnsanların süfrələri kiçilib. İnsanlar ət alıb yeyə bilmir. İslam cümhuriyyəti insanları çox ağır vəziyyətə salıb. Demək olar ki, üzlərini şillə ilə qırmızı saxlayırlar”-deyən siyasi bildirib ki, İran bütün bunarla yanaşı dünyanı özünə düşmən edib.
Maşallah Rəzmi hesab edir ki, İran İslam Cümhuriyyəti inqilabı islam ölkələrinə yaymaq istəyirdi: “İslam cümhuriyyətinin siyasəti səhv olduğuna görə, bütün islam ölkələri İrana qarşıdır”.
İradə Cəlil, Bizimyol.info






