Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kipr adasında davamlı sülh iki dövlət statusunun qəbul edilməsilə mümkündür
Kipr adasında davamlı sülh iki dövlət statusunun qəbul edilməsilə mümkündür
Kipr Türk xalqına soyqırım tətbiq etmək və Kipr adasını Yunanıstana birləşdirmək məqsədiylə 1 aprel 1955-ci ildə qurulmuş və Kipr tarixinə qanlı hərflərlə yazılmış olan EOKA (Ethniki Organosis Kiprion Agoniston - Kipr Savaşçıların Milli Təşkilatı) terror təşkilatının quruluş ili münasibətilə Cənubi Kipr Rum İdarəsi və Yunanıstan tərəfindən yayımlanan mesajlar və keçirilən təbriklər, Rum/Yunan mentalitetinin Kipr siyasətində keçmişdən bu günə qədər heç bir dəyişiklik olmadığını gözlər önünə sərir.

Yunanıstanda EOKA ildönümü münasibətilə məktəblərdə tədbirlər təşkil edilməsi qərara alınıb. Artan dozada bu mesajlardan sonra, Yunanıstanın bir AB millət vəkili nümayişçilərin “Kipr Yunanıdır” şəklindəki şüarlarının doğru olduğunu, çünki "Kiprın Yunan" olduğunu deməyə qədər irəlilib.

Keçmişdən bəri özünü Kipr adasının tək sahibləri kimi görən və Kipr Türk xalqını bərabər hüquqlu sahibləri olduğu bu torpaqlarda “azlıq bir cəmiyyət” kimi qəbul edən Rum/Yunan ikilisinin heç bir razılaşmaya getmək istəmədiyi, tək məqsədinin Kipr Türkünü bezdirərək, “azlıq” hüquqlarını qəbul etdirmək olduğu açıq-aydın görünür.

Sözdə bir razılaşma istəyində heç bir səmimiyyət olmadığını göstərən Kipr Rum liderliyinin xalqını ağıllı davranmağa çağıracağına, Türk düşmanlığını qızışdırması, gənc beyinləri düşmanlıq toxumları ilə zəhərləmə cəhdi və təhsil sistemini bu çirkin siyasətə alət etməsi geri dönülməz ziyanlar yaradaraq adadakı iki xalq arasındakı dərin etibar boşluğunu möhkəmləndirir.

Kipr adasında hegemon mentalitetini gənc nəslə aşılamağa çalışan Kipr Rum liderliyini bu səhv addımdan dönməyə və adadakı mövcud həqiqətləri xalqına qəbul etdirməyə çağırırıq. Kipr adasının tək həqiqəti yan-yana yaşayan iki ayrı Dövlət və iki ayrı xalq həqiqətidir. Sülh içində davamlı gələcək yalnız bu xalqların və Dövlətlərin suveren bərabərliyi və bərabər beynəlxalq statuslarının qəbul edilməsilə mümkündür.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »