Braziliyada Milad şənliyi üçün hazırladığı tortun içinə arsen qoyan 61 yaşlı qadın iki bacısı və qardaşı oğlunun ölümünə səbəb olub.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Braziliyanın cənubundakı Rio Grande do Sul əyalətinin Torres şəhərində yaşayan 61 yaşlı Terezinha Silva dos Anjos Milad üçün hazırladığı tortun içinə arsen qoyub.
Anjos Milad şənliyi üçün toplanan qonaqlarına çoxlu miqdarda arsen qoyduğu tortu verib, iki bacısı və qardaşı oğlunun ölümünə səbəb olub.
Tortu yeyən 43 yaşlı Tatyana Denize Silva dos Anjos, 58 yaşlı Maida Berenis Flores da Silva və 65 yaşlı Neuza Denize Silva dos Anjos həyatını itirib, tortu hazırlayan Anjos, onun 10 yaşlı qardaşı oğlu və digər ailə üzvü xəstəxanaya yerləşdirilib.
Polisdən verilən açıqlamada, qeyd olunub ki, dekabrın 23-də baş verən hadisədə həyatını itirənlərin müayinə nəticələrində onların üçünün də bədənində ürəkbulanma, qusma və ishala səbəb olan çox güclü zəhər kimi tanınan arsen aşkar edilib.
Tortun içinə arsen qoyan qadının ərinin də sentyabr ayında zəhərlənərək öldüyünü bildirən polis, bu hadisədən sonra Anjosun həyat yoldaşının ölümünün də şübhəli sayıldığını qeyd edib.
Polis Anjosun arvadının ölümü ilə bağlı araşdırmaya başlamaq üçün məzarın açılmasını istəyib. Bundan əlavə, polis Anjosun evində axtarış zamanı bəzi saxlama müddəti ötmüş məhsulların, o cümlədən ağ maye olan dərman şüşəsinin tapıldığını açıqlayıb: “İçində kapsul olması lazım olan dərman şüşəsi tapılıb və butulkada kapsul olmayıb. İçəridə ağ maye aşkar edilib və bu maye də araşdırılacaq”, - deyə polis qeyd edib.
Qadir, Bizimyol.info






