Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kral ailəsinə məxsus Vindzor qəsrindən avtomobillər oğurlanıb
Kral ailəsinə məxsus Vindzor qəsrindən avtomobillər oğurlanıb

İngiltərədə kral ailəsinə məxsus Vindzor qəsrinə girən maskalı iki oğrunun ötən ay qalanın anbarındakı iki avtomobili oğurladığı bildirilib.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, ingilis mətbuatında yer alan xəbərlərdə hadisə zamanı Kral III Çarlz və həyat yoldaşı Kraliça Kamillanın qalada olmadığı, lakin Şahzadə Uilyam və həyat yoldaşı Keytin Adelaide (Vindzor qəsrinin yerləşdiyi ərazinin bir hissəsidir) adlı yay evində olduğu barədə məlumat verilib.

“Reuters”in məlumatına görə, iki oğru gecə saatlarında oğurlanmış yük maşını ilə qala darvazasına daxil olub, daha sonra hündürlüyü təxminən 2 metr olan hasara çıxıb.

Yerli polis rəsmiləri polisə məlumat veriblər ki, oktyabrın 13-də gecə yarısına yaxın paytaxt Londonun qərbində, "Vindzorda Royal Estate"də oğurluq hadisəsi qeydə alınıb. Məlumatda qeyd edilir ki, qəsrin ərazisinə girən şübhəlilər qara rəngli avtomobil və qırmızı rəngli "ATV" tipli avtomobil oğurlayıblar.

Temza Vadisi Polis İdarəsi məsələ ilə bağlı e-poçt vasitəsilə açıqlama verərək, oğruların daha sonra Old Windsor/Datchet bölgəsinə doğru qaçdıqlarını, hadisə ilə bağlı hələlik heç kimin saxlanılmadığını və hadisə ilə bağlı istintaqın davam etdiyini bildirib.

Bukingem Sarayı oğurluqla bağlı şərh verməkdən imtina etdi. 2021-ci ildə qəsrin yerləşdiyi ərazidə bir nəfər arbaletlə tutulub və İngiltərə kraliçası II Yelizavetanı öldürmək istədiyini bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »