Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
COP29 tədbirinə hazırlıq çərçivəsində Dəmiryol vağzalı və Dəmiryol muzeyində yeniliklər tətbiq olunub
COP29 tədbirinə hazırlıq çərçivəsində Dəmiryol vağzalı və Dəmiryol muzeyində yeniliklər tətbiq olunub

"Azərbaycan Dəmir Yolları" QSC media nümayəndələrini Dəmiryol vağzalında və Dəmiryol muzeyində COP29 tədbiri öncəsində görülən işlərlə tanış olmaq üçün dəvət edib.

Bizimyol.info xəbər verir ki, COP29 öncəsi görülən işlər barədə jurnalistlərə məlumat verilib. Ardınca media nümayəndələri Bakı Dəmiryol vağzalında görülən işlərlə əyani şəkildə tanış edilib. Daha sonra Koroğlu stansiyasına hərəkət olunub. Bildirildi ki, burada da əhəmiyyətli işlər görülüb.

Qeyd edək ki, Dəmiryol muzeyində də COP29 iqlim sammitinə hazırlıq üçün tədbirlər görülüb. Muzeyə 3 dildə danışan bələdçilər cəlb edilib. Xarici qonaqlar üçün məlumat əlçatanlığını təmin etmək üçün 60-a yaxın eskponat haqqında məlumatların QR kod vasitəsilə əldə edilməsi təmin edilib. Muzeyin daxili konstruksiyası yenilənib, “zaman qatarı” guşəsi hazırlanıb, həmçinin yenilənmiş kinozalda bir neçə dildə dəmir yolları haqqında sənədli filmlərin nümayişinə başlanıb.

“Ammendorf” model qatarından hazırlanmış “zaman qatarı“ eksponatı muzey ziyarətçilərinə fərqli səhnələr və mənzərələr boyunca virtual səfər etmək fürsəti təqdim edir.

Xatırladaq ki, Dəmiryol Muzeyi 12019-cu ildə noyabrın 19-da açılıb. Muzeydə Azərbaycanın dəmir yolu sahəsinin inkişaf mərhələlərinə aid müxtəlif eksponatlarla yanaşı, XIX əsrdə dəmir yolunun yaranması tarixini əks etdirən foto və video materiallar, dəmir yolu və qatar modelləri, nümayiş olunur. Qeyd edək ki, muzeydə Zaqafqaziya dəmiryolunun tarixinə aid xəritə də sərgilənir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »