Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Hava limanı gücləndirilmiş iş rejimində işləyəcək, əlavə 15 çarter reysinin həyata keçirilməsi planlaşdırılır"
"Hava limanı gücləndirilmiş iş rejimində işləyəcək, əlavə 15 çarter reysinin həyata keçirilməsi planlaşdırılır"

Bu gün Heydər Əliyev adına Beynəlxalq Havalimanında COP 29 tədbirinə hazırlıqla bağlı ASAN, Dövlət Miqrasiya Xidməti və AZAL-ın birgə təşkilatçılığı ilə bağlı media tur keçirilib.

Bizimyol.info xəbər verir ki, media nümayəndələri Heydər Əliyev adına Beynəlxalq Hava Limanında həyata keçirilən tədbirlərlə tanış olublar. Daha sonra jurnalistlər üçün brifinq keçirilib.

Tədbirdə çıxış edən Heydər Əliyev Beynəxalq Aeroportunun direktoru Teymur Həsənov brifinq zamanı bildirib ki, COP 29 günlərində hava limanı gücləndirilmiş iş rejimində işləyəcək. Belə ki, artıq əlavə işçilər və könüllülər işə cəlb edilib, işçi qrupu yaradılıb.

"Bu gün gündəlik sərnişin dövriyyəsi 18-20 min arasıdır. COP 29 günlərində bu rəqəm 25-27 minə çatacaq"-deyən Teymur Həsənov vurğulayıb ki, hava limanı gücləndirilmiş rejimdə gündə 45-50 min sərnişinə xidmət göstərə bilər. Teymur Həsənov bildirib ki, COP 29 çərçivəsində əlavə 15 çarter reysi olacaq. Bunlar Lufthansa, Polish Airlines, FlyDubai və Flynas reysləridir.

Teymur Həsənov əlavə edib ki, sürmə yolları təmir olunub, yeni 3 yol inşa edilib. Eyni zamanda təhlükəsiz baxış məntəqələrinin sayı artırılıb, self-check-in 12 ədəd və baggage drop- off 10 ədəd terminal quraşdırılıb. Bununla yanaşı hava limanında internet avadanlıqları yenilənib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »