Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İmzaladığı razılaşmalara əsasən öhdəliklərini yerinə yetirməyən Ermənistan, Qərbin alətinə çevrilməməlidir"
"İmzaladığı razılaşmalara əsasən öhdəliklərini yerinə yetirməyən Ermənistan, Qərbin alətinə çevrilməməlidir"

“Ermənistanın öz konstitusiyasında dəyişikliklər etməli olduğu halda, Azərbaycana qarşı ərazi iddialarını davam etdirməklə yanaşı, Azərbaycana xırda təkliflərini sülhə addım kimi göstərir. Hələ bu ölkənin Azərbaycan tərəfindən sülh prosesinə addım anlamında mövcud siyasətində müəyyən dəyişikliklər etməsini istəməsi sadəcə olaraq qəbuledilməzdir. Yaxşı olar ki, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Ramiz Alıyev açıqlamasında bildirib. Politoloq qeyd edib ki, 10 noyabr razılaşmasına əsasən 9-cu maddədə Azərbaycan Qərb rayonları ilə, Naxçıvan Muxtar Respublikası ərazisində quru yolun açılması, yəni kommunikasiyanın açılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi hələ də yerinə yetirməyib.

Ramiz Alıyev Ramiz Alıyev

“Öhdəliklərin biri ondan ibarət idi ki, Azərbaycan ərazilərində - Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və digər ərazilərimizdə olan separatçılar və silahlı birləşmələrin torpaqlarımızdan çıxarılması nəzərdə tutulurdu. Ancaq 3 il ərzində onu Ermənistan bu öhdəliyi yerinə yetirmədi. Əslində, etmək istəmədi. Azərbaycan isə 2023-cü ilin 19 senyabrından 20-sinə keçən gecə 23 saat müddətində öz ərazilərində olan terrorçuları, separatçıları diz çökdürdü və Ermənistana da göstərmiş oldu ki, biz istəsək hər şeyi etməyə gücümüz çatar. Bu səbəbdən də Ermənistan bir daha düşünməlidir və təxribatçılıqdan, çirkin planlara daxil olmaqdan əl çəkməlidir”-deyən politoloqun fikrincə, regionda, bölgədə sülh və sabitliyin bərqərar olması, münaqişənin birdəfəlik həllinə nöqtə qoymaq, bunların hamısı Ermənistandan asılıdır. Ermənistan düzgün yolda olmalı, Qərbin və digər ölkələrin aləti olmaqdan artıq çəkinməlidir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »