Amerika Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) nasazlıq göstərərək kosmik stansiyada qapalı qalan "Boeing"in "Starliner" kapsulu ekipajsız Yerə qayıtdığını açıqlayıb.
Bizimyol.info xəbər verir ki, NASA, astronavtlar Butç Vilmore və Suni Villiamsı daşıyan və nasazlıqdan sonra iyunun əvvəlindən kosmos stansiyasında gözləyən "Starliner" kapsulunun avtomatik pilotla geri dönməsi ilə bağlı açıqlama verib.
Açıqlamada bildirilirdi ki, kapsul Beynəlxalq Kosmik Stansiyadan qalxaraq ABŞ-ın Nyu-Meksiko səhrasındakı "White Sands" kosmodromuna enib.
İki təxirə salınmadan sonra "Boeing" iyunun 5-də 2 NASA astronavtını daşıyan "Starliner" peykini ilk dəfə kosmosa göndərib.
Helium sızması aşkar edən kapsul üzərində aparılan araşdırmalara baxmayaraq problemin mənbəyi tapıla bilməyib və vasitənin Yerə dönüşü 4 dəfə təxirə salındı. "Boeing"in nasaz kapsulu ilə 2 astronavtı Yerə qaytarmağın çox riskli olduğuna qərar verən NASA, astronavtların 2025-ci ilin fevralına qədər kosmosda qalacağını açıqlayıb.
Beləliklə, astronavtlar üçün 1 həftə davam etməli olan sınaq uçuşu 8 aydan çox davam etmiş olacaq.
Qadir, Bizimyol.info






