İndoneziya prezidenti Coko Vidodo ölkənin yeni paytaxtı Nusantaranın tikintisinin 10-15 ilə tamamlanacağını bildirib.
Bizimyol.info xəbər verir ki, bu barədə "Antara" xəbər agentliyi prezidentə istinadən məlumat verib.
“Yeni paytaxtın tikintisi, belə görünür ki, hələ çox vaxt tələb edəcək. Layihəyə 2021-2022-ci illərdə start verilib və təxminən 10-15 ilə başa çatdırılacaq”, - deyən prezident qeyd edib ki, hazırda Nusantaranın tikintisinin cəmi 20 faizi tamamlanıb.
Vidodo 2019-cu ildə İndoneziyanın paytaxtını Cakartadan köçürmək fikrini irəli sürüb. Əvvəlcə metropolun 2024-cü ilə qədər Kalimantan adasında görünməsi planlaşdırılırdı. Bu məqsədlər üçün təxminən 32 milyard dollar ayrılıb, lakin koronavirus pandemiyası səbəbindən layihə dayandırılıb. 2022-ci il yanvarın ortalarında dövlət başçısı yeni paytaxtın Nusantara (“arxipelaq” mənasını verir) adlandırılacağını bildirdi.
Vidodo ilk iş günlərini orada keçirmək üçün iyulun 28-də oraya gəlib, lakin iyulun 30-da ölkə hökumətinin yerləşdiyi Cakartaya qayıdıb. İndoneziyanın yeni seçilmiş prezidenti Prabovo Subianto Nusantaranı tamamlamağa sadiq olduğunu və ora köçməyə hazır olduğunu söylədi.
Qadir, Bizimyol.info






