Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hindistanın dörd şəhərində həkimlər təcrübəçinin qətlinə görə keçirilən tətilə qoşulublar - Media
Hindistanın dörd şəhərində həkimlər təcrübəçinin qətlinə görə keçirilən tətilə qoşulublar - Media

Hindistanın paytaxtının, eləcə də Pune (Maharaştra ştatı), Caypur (Racastan ştatı), Laknau (Uttar Pradeş ştatı) şəhərlərinin tibb işçiləri Kolkata (Qərbi Benqal əyaləti) xəstəxanasında təcrübəçinin zorlanması və öldürülməsindən sonra həkimlərin elan etdikləri tətilə qoşulublar.

Bizimyol.info xəbər verir ki, bu barədə “The Indian Express” qəzeti məlumat yayıb.

Həkimlər ambulator şöbələrin bağlandığını elan etmələri xəstəxanalarda uzun növbələrə səbəb olub. Həkimlər araşdırma aparılmasını və qadının ölümündə günahkarların ədalətli cəzalandırılmasını tələb edirlər.

Gündəlik 10 min xəstəyə xidmət göstərən Yeni Dehlidə ən böyük olan Bütün Hindistan Tibb Elmləri İnstitutunun (AIIMS) ambulator şöbəsi qəbulu 20% azaldıb.

Avqustun 10-da Kəlkütədə RG Kar xəstəxanasında Təcrübəçi qadının vəhşicəsinə zorlanaraq öldürülməsindən sonra həkim və tələbələrin iştirak etdiyi etiraz aksiyaları başlayıb. Hindistan Tibb Assosiasiyası (IMA) məsələ ilə bağlı təcili tədbir görülməsini tələb edib və ölkə daxilində etiraz aksiyaları ilə bağlı xəbərdarlıq edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »