Alimlər içdiyimiz sudan mikroplastikləri çıxarmaq üçün effektiv və sadə üsul kəşf ediblər.
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, mikroplastiklər artıq öz varlığını həyatımızın hər sahəsində hiss etdirir və sağlamlığımıza zərər verir.
Guangzhou Tibb Universiteti və Jinan Universitetindən olan tədqiqat qrupu okeanların ən dərin nöqtələrində belə qarşılaşdığımız mikro və nano plastikləri (NMP) içdiyimiz sudan süzmək üçün sadə, lakin çox təsirli bir üsul tapıblar.
Komandanın müxtəlif mənbələrdən su üzərində sınaqdan keçirdiyi üsul NMP-lərdən azad su istehlakına ümid verdi. Nəticələr suyun növündən və tətbiq edilən qaynama və filtrləmə prosesindən asılı olaraq dəyişsə də, NMP-lər 90 faiz aradan qaldırıla bilərdi.
Suyun qaynadılması və süzülməsi NMP-ləri çıxarır
Tədqiqatçıların apardığı təcrübədə su əvvəlcə qızdırılıb, sonra süzülüb. Xüsusilə tərkibində əhəng olan kran suyunda qabıqda plastik parçaların qaldığı və isitmə prosesində daha çox NMP-nin çıxarıldığı müşahidə edilmişdir. Tədqiqatçıların fikrincə, bu üsul NMP-lərdən zərərsiz şəkildə xilas olmağa imkan verir.
Tədqiqat qrupu ümid edir ki, bu metod bütün dünyada NMP-nin təsirini azaltmaq üçün uzunmüddətli strategiya kimi istifadə edilə bilər. NMP-lərin bağırsaq mikrobiomunda dəyişikliklərə və bədənin antibiotiklərə qarşı müqavimətinə səbəb olduğu bilinir. Tədqiqatçılar ümid edirlər ki, bu strategiyanın daha geniş tətbiqi ilə mikroplastiklərin bədənimizə mənfi təsirləri azaldıla bilər.
Qadir, Bizimyol.info






