"X" sosial şəbəkə platforması böyük reklam şirkətlərinə qarşı iddia qaldırıb. Şirkət reklamçıları kütləvi boykotda ittiham edir.
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, İlon Maskın idarə etdiyi sosial media nəhəngi "X" ötən gün aparıcı reklam şirkətlərini məhkəməyə verib. Səbəb isə bu reklamçıların kollektiv şəkildə "X"i boykot etməsidir. Məhkəməyə verilənlər arasında "Unilever", "Mars", "CVS" və "Orsted" də daxil olmaqla onlarla böyük reklam şirkəti var.
Texnologiya nəhəngi bu şirkətləri Ümumdünya Reklamçılar Federasiyasının (URF) təşəbbüsü ilə "milyardlarla dollarlıq reklam gəlirini saxlamaqda" günahlandırır.
"Onlar bizim gələcəyimizi təhdid edərək "X"i boykot etmək üçün sui-qəsd təşkil etdilər"
URF-nın burada qeyd olunan təşəbbüsünün adı Məsul Media üçün Qlobal Alyansdır (GARM).
İştirak etmək üçün şirkətlər təşkilatın təhlükəsizlik tələblərinə uyğun olmayan sosial platformalarda reklam etməməlidirlər. "X", həmçinin GARM-ın şirkətləri təhlükəsizlik standartlarına riayət etməyə məcbur etmək üçün boykot təşkil etdiyini və məsələ ilə bağlı məhkəməyə müraciət etdiyini bildirib.
"X" icraçı direktoru Linda Yaccarino da mövzu ilə bağlı video paylaşıb. O, videoda “Dəlil və faktlar bizim tərəfimizdədir deyərək: "Onlar gələcəyimizi təhdid edərək "X"i boykot etmək üçün bir sui-qəsd təşkil etdilər", - deyə qeyd edib.
Mask ayrı bir paylaşımda reklamçılar tərəfindən bu səbəblə boykot edilən bütün şirkətləri məhkəməyə müraciət etməyə çağırıb və bu münasibətin "mütəşəkkil cinayət" ola biləcəyini bildirib.
Qadir, Bizimyol.info






