ABŞ-da federal hakim “Google”un internet axtarışı və axtarış reklamında “qanunsuz monopoliya” yaratdığına qərar verərək internet texnologiyaları sahəsində mühüm kökmünü elan edib.
Bizimyol.info xəbər verir ki, ABŞ federal hakimi Amit Mehta bu gün ABŞ Ədliyyə Departamentini “Google”a qarşı qaldıran işlə bağlı çoxdan gözlənilən qərarını açıqlayıb.
Hakim Mehta: “Şahidlərin və sübutların ətraflı araşdırılması nəticəsində məhkəmə aşağıdakı qərara gəlib: “Google” inhisarçıdır və inhisarını qorumaq üçün müxtəlif hərəkətlər edib. Bu, Şerman Qanununun 2-ci hissəsini pozur”, - deyə bildirib.
Bu qərarla ABŞ Ədliyyə Nazirliyi bu günə qədər açdığı antiinhisar işlərində ilk dəfə bu boyda böyük bir işi qazanıb. İlk dəfə internet axtarışı ilə bağlı böyük bir davanı uduzan “Google”un bu gün qərardan şikayət edəcəyi bildirilib.
Ədliyyə Nazirliyi iki dəfə “Google”a qarşı internet axtarışlarının 90 faizindən çoxuna və bu kateqoriya üzrə 95 faizdən çoxuna mobil axtarış sistemi kimi nəzarət etdiyini əsas gətirilərək antiinhisar iddiası qaldırıb.
ABŞ Ədliyyə Nazirliyinin 24 yanvar 2023-cü il tarixli bəyanatında bildirilib ki, Kaliforniya, Kolorado, Konnektikut, Nyu-Cersi, Nyu-York, Rod-Aylend, Tennessi və Virciniya ştatlarının baş prokurorları ilə Virciniya ştatının Şərq Bölgəsinin Rayon Məhkəməsində “Google”a qarşı “antiinhisar” iddiası qaldırılıb.
Açıqlamada bildirilib ki, şirkət bir çox rəqəmsal reklam texnologiyası məhsullarını inhisara alıb. İddia olunurdu ki, “Google” sənayedəki hökmranlığına hər hansı təhlükəni aradan qaldırmaq və ya ciddi şəkildə azaltmaq üçün rəqabət əleyhinə, istisna və qeyri-qanuni üsullardan istifadə edib.
Açıqlamada bildirilirdi ki, son 15 il ərzində “Google” reklam texnologiyası üzrə rəqiblərini satınalmalar yolu ilə neytrallaşdırıb və ya sıradan çıxarıb. Bildirilib ki, şirkət rəqəmsal reklam bazarındakı hökmranlığından daha çox nəşriyyatı və reklamçıları öz məhsullarından istifadə etməyə məcbur etmək üçün istifadə edib və rəqib məhsullardan istifadənin qarşısını alıb.
Açıqlamada “Google”un sektordakı hökmranlığını gücləndirdiyi və şirkətin rəqabətə zidd davranışlarının məzmununa da yer verildiyi bildirilib.
ABŞ Ədliyyə Departamenti 2020-ci ildə axtarış və axtarış reklamlarını monopoliya altına aldığı üçün “Google”a qarşı antiinhisar iddiası qaldırıb.
Qadir, Bizimyol.info






