Hamımız bilirik ki, ac olanda burnumuz daha yaxşı qoxu hiss edir. Bu qavrayışda seçiciliklə bağlıdır, yoxsa ac olanda qoxu duyğumuz həqiqətən təsirlənir?
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, əslində, bu mövzuda çoxlu araşdırmalar var və hamısı demək olar ki, eyni nəticəyə gəlub.
Əgər belə olmasa, niyə ac olanda qoxu hissi daha həssas ola bilər? Gəlin izah edək!
Bəzi insanlar ac olanda qoxulara qarşı daha həssas olarkən, bəziləri çox iy hiss etmirlər
Aclığın qoxu duyğusuna təsiri ilə bağlı aparılan araşdırmalar aclıq zamanı qoxu duyğunun daha kəskin ola biləcəyini göstərir. Bu, yemək tapmaq qabiliyyətini artırmaq üçün təkamül yolu ilə inkişaf etmiş ola bilər. Yəni ac olanda yemək tapmaq motivasiyamız artır və buna uyğun olaraq qoxu duyğumuz da kəskinləşə bilər.
Bu, qida qoxularını daha güclü qəbul etməyimizə və o qoxulara qarşı daha həssas olmağımıza səbəb olur.
Aclıq və qoxu hissi arasındakı əlaqə beynimizdəki mürəkkəb bioloji mexanizmlərlə formalaşır
"Nature Neuroscience" jurnalında dərc edilən bir araşdırma, aclıq hissinin qoxu duyğumuzu necə artırdığını və bunun qida qəbulunu necə təşviq etdiyini ortaya qoyub. Bu araşdırma, qoxu qəbulunun aclıqla necə gücləndiyinə dair əhəmiyyətli tapıntılar verir.
Fransada "Milli de la santé et de la recherche Médicale" (INSERM) İnstitutundan Covanni Marsikanonun rəhbərlik etdiyi tədqiqat qrupu oruc zamanı beyin reseptorlarının necə aktivləşdiyini araşdırıb.
Tədqiqatın mərkəzində endokannabinoid sisteminin rolu dayanır
Aclıq hissi bu sistemin kannabinoid tip-1 (CB1) reseptorlarını aktivləşdirərək qoxu qəbulunu artırır. Bu mexanizm qida tapmaq və istehlak etmək həvəsini dəstəkləyir. Tədqiqatçılar müəyyən ediblər ki, orucluq zamanı qoxu hisslərinin güclənməsi "CB1" reseptorlarının təsiri ilə bağlıdır.
Siçanlar üzərində aparılan təcrübələr göstərdi ki, aclıq vəziyyətində bu reseptorlar iybilmə lampası ilə qoxu qabığı arasında əlaqəni gücləndirir, qoxu qəbulunu yaxşılaşdırır və qida qəbulunu təşviq edir. Bundan əlavə, endokannabinoid sisteminin qoxu dövrəsində müxtəlif reseptorları bağlayaraq qoxu hissini gücləndirdiyini göstərir.
Bu tədqiqat aclıq zamanı artan qoxu hisslərinin qida axtarışına və istehlakına necə təsir etdiyini başa düşmək üçün mühüm addım hesab olunur.
Qadir, Bizimyol.info






