Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vətən müharibəsinin qəhrəman ailəsi... Beyləqan rayonu şəhidlərin izlərini daşıyır - Foto, Video
Vətən müharibəsinin qəhrəman ailəsi... Beyləqan rayonu şəhidlərin izlərini daşıyır - Foto, Video

2020-ci il 44 günlük Vətən müharibəsi Azərbaycanın 30 illik haqq səsi idi. Bütün Azərbaycan cənab Ali Baş komandan İlham Əliyevin ətarfında birləşərək, 30 illik işğalın bitməsinə qərar verdi. Və müharibə başladı. Azərbaycanın bütün bölgələrindən müharibədə iştirak etmək üçün könüllülər müraciət edirdi. Qarşıda iki yol var idi, ya son nəfərimizə qədər şəhid olacaqdıq, ya da torpaqlarımızı işğaldan azad edəcəkdik. O illərdə bu gün həyatda olmayan hərbçilərin özləri tərəfindən çəkilmiş videolara baxanda görürsən ki, onların gözünü heç nə qorxutmurdu. Hamının bir məqsədi var idi. Tarixi torpaqlarımızı işğaldan azad etmək və düşmən üzərində inamlı qələbə qazanmaq...

Vətən müharibəsi dövründə ən çox şəhid verən bölgələrimizdən biri də Beyləqan rayonudur. Beyləqan rayonunun Vətən müharibəsində 136 şəhidi olub. Bu günlərdə bizim yolumuz Beyləqana düşmüşdü. Şəhid Həmid Həmidlinin anım mərasimində iştirak edəcəkdik. Bir qədər rayonu gəzdik. Rayonun demək olar ki, bütün küçələrində şəhidlərin foto lövhələri yerləşdirilib.

Şəhid Həmid Həmidli əslən Milabad qəsəbəsindən olduğu üçün Milabad məzarlığına getdik və şəhidin məzarını ziyarət etdik.

Qeyd edək ki, şəhidin əmisi Əlizamin İsgəndərov 2020-ci ildə şəhid olub. Əlizamin İsgəndərov 2020-ci il noyabrın 5-də Şuşa döyüşləri zamanı Daşaltı istiqamətində şəhid olub. O, ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib. Bu, bir daha sübut edir ki, şəhid Həmid Həmidlinin ailəsi hər bir fərdi ilə qəhrəman ailədir...

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »