Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Meksika narko kartelə böyük zərbə: "El Çapo"nun oğlu ABŞ-da həbs olunub
Meksika narko kartelə böyük zərbə: "El Çapo"nun oğlu ABŞ-da həbs olunub

ABŞ Ədliyyə Nazirliyi Meksika narkokartelinin banisi “El Mayo” ləqəbli İsmael Zambada Qarsiya və təşkilatın digər qurucusu, "El Çapo" ləqəbli Xoakin Quzmanın oğlu Xoakin Quzman Lopez Texasda həbs edilib.

Bizimyol.info "cnnturk"ə istinadən xəbər verir ki, mövzu ilə bağlı verdiyi yazılı açıqlamada ABŞ-ın ədliyyə naziri Merrick Garland Birləşmiş Ştatlarda fentanil istehlakının ən əhəmiyyətli səbəbi olaraq göstərilən "Sinaloakartelinə böyük zərbə vurduqlarını bildirib.

Qarland açıqlamasında dünyanın ən təhlükəli narkotik kartellərindən biri hesab edilən "Sinaloa" kartelinin iki qurucusundan biri olan İsmael Zambada Qarsiya və onun digər qurucusu “El Çapo”nun oğlu Lopesin olduğunu qeyd edib. Texas ştatının El Paso şəhərində həbs ediliblər və yaxın günlərdə hakim qarşısına çıxacaqlar.

ABŞ-da ən çox axtarışda olan narkotik tacirlərindən biri olan "Sinaloa" kartelinin aparıcı liderlərindən biri, 28 yaşlı Ovidio Quzman 2023-cü ilin fevralında Meksikanın şimalında yerləşən Kuliakan şəhərində keçirilən əməliyyat nəticəsində saxlanılıb və sentyabrda ABŞ-a ekstradisiya edilib.

“El Çapo” ləqəbli Xoakin Quzman ötən ilin iyulunda ABŞ-ın Nyu-York ştatında aparılan iş üzrə ömürlük həbs cəzasına məhkum edilib. 2001 və 2015-ci illərdə Meksikada iki yüksək təhlükəsizlik həbsxanasından qaçan Xoakin Quzman sonuncu dəfə 2016-cı ilin yanvarında tutularaq ABŞ-a ekstradisiya edilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »