Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Koreyanın göndərdiyi zibil balonları Cənubi Koreyada hava nəqliyyatının işini pozub
Şimali Koreyanın göndərdiyi zibil balonları Cənubi Koreyada hava nəqliyyatının işini pozub

Şimali Koreyanın göndərdiyi zibil balonlarına görə Cənubi Koreyanın Gimpo Beynəlxalq Hava Limanında uçuşlar dayandırılıb.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, "Yonhap"un verdiyi məlumata görə, Cənubi Koreya ordusu dünən Şimali Koreyanın göndərdiyi zibil balonları və iki ölkə arasında yaşanan "zibil balonu gərginliyi" ilə bağlı açıqlama verib.

Bəzi zibil balonlarının Gimpo Beynəlxalq Hava Limanına düşməsi nəticəsində bir müddət eniş və uçuşların mümkün olmadığı bildirilib. Veilən açıqlamaya görə, Şimali Koreya 24 saat ərzində Cənubi Koreyaya tullantı kağız və plastik daşıyan təxminən 500 şar göndərib.

Şimal tərəfinin hava şar kampaniyalarına cavab verdiyi vurğulanan bəyanatda sərhəd bölgələrində yerləşdirilmiş səsgücləndiricilərlə “təbliğat yayımları” aparıldığı vurğulanıb. Açıqlamada zibil balonlarında təhlükə olmadığı paylaşılıb.

Şimali Koreyalı qaçqınlar və Cənubi Koreyadakı fəallar Şimala Pxenyanı tənqid edən təbliğat vərəqələri ilə dolu böyük şarlar göndərmişdilər. Buna cavab olaraq Şimali Koreya mayın sonunda Cənubi Koreyaya 2 mindən çox zibil daşıyan şar göndərib.

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq iyulun 16-da verdiyi açıqlamada Cənubi Koreyanı həyata keçirdiyi "çirkli oyuna" görə tənqid edib və onu sərhəddən şimala "Pxenyan administrasiyasını tənqid edən vərəqələr" göndərməkdə ittiham edib.

Kim Cənubi Koreyaya sərhəddən şimala "anti-Pxenyan vərəqələri" göndərdiyinə görə reaksiya verib: "Cənubi Koreya çirkli oyunları üçün böyük əvəz ödəməyə hazır olmalıdır. Biz onların təbliğatına lazımi cavabı verəcəyik. Anlasınlar ki, onların göndərdiyi bizim üçün zibildən başqa bir şey deyil", - deyə Kim Yo Conq qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »