Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xəbərdarlıq: Temperaturun yüksəlməsi 65 yaşdan yuxarı şəxslərdə infarkt riskini artırır
Xəbərdarlıq: Temperaturun yüksəlməsi 65 yaşdan yuxarı şəxslərdə infarkt riskini artırır

Hərarətin 20 dərəcədən yuxarı artımı 65 yaşdan yuxarı şəxslərdə infarkt riskini 2 faiz artırır.

Bizimyol.info xəbər verir ki, Trakya Universiteti (TU) Tibb Fakültəsi Kardiologiya kafedrasının müdiri Prof.Dr.Sərvət Altay "AA"ya bildirib ki, mövsümi normadan artıq isti havalar insan sağlamlığına mənfi təsir göstərir.

İsti havaların infarkt, ürək çatışmazlığı və aritmiya kimi sağlamlıq problemlərinə səbəb olduğunu bildirən Altay, xüsusilə risk qrupunda olan xəstələrin və yaşlıların diqqətli olması barədə xəbərdarlıq edib.

İsti havaların bədənin istilik tarazlığını pozduğunu və birbaşa ürək sağlamlığına təsir etdiyini izah edən Altay: “Havanın hərarətinin 20 dərəcədən yuxarı olması halında xüsusilə 65 yaşdan yuxarı şəxslərdə hər dərəcə yüksəlişində infarkt riskinin 2 faiz artdığı görülür. Temperatur nə qədər yüksək olarsa, bir o qədər çox infarkt artımı müşahidə edirik. Bundan əlavə, hipertoniya və ritm pozğunluqları meydana gəlir. Beyin qanaması kimi neqativ hallarla da daha çox qarşılaşırıq. Ona görə də xroniki xəstəlikləri olan insanlar və yaşlılar belə havalarda çox diqqətli olacaqlar”, - deyə qeyd edib.

Prof.Dr.Altay isti havalardan qorunmaq üçün bol maye qəbul etmək və yağlı qidalardan uzaq durmaq, yüngül yeməklərlə tərəvəz və meyvələri qida menyüsünə daha çox daxil edtmək lazım olduğunu bildirib.

Altay əlavə edib ki, risk altında olan şəxlərə günün ən isti saatlarında mümkün olmadıqca çölə çıxmamaq tövsiyə olunur.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »