Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Odla oynamaq"... Qərbdən silah və pul qoparmaq istəyən Ermənistan Naxçıvana, Kəlbəcərə atəş açır
"Odla oynamaq"... Qərbdən silah və pul qoparmaq istəyən Ermənistan Naxçıvana, Kəlbəcərə atəş açır

"Kəlbəcər atəşə tutulub". Bu cür xəbərləri xeyli vaxtdır, oxumurduq, eşitmirdik.

Deyəsən, bizə eşitdirirlər ki, hələ də ağıllanmayıblar. ABŞ-la birgə hərbi təlimlər keçirən Ermənistan bu hadisənin eyforiyasını sərhəd məntəqələrimizi atəşə tutmaqla yaşadı. Ancaq anlamırlar ki, dünənə qədər ABŞ Gürcüstanla canbir... hərbdəydi; saysız-hesabsız təlimlər keçirmişdilər. Bu gün həmin ABŞ Gürcüstanla hərbi təlimi ləğv edir. Çünki bölgədə, dünyada geosiyasi vəziyyət kəskin dəyişir. Dünənə qədər Gürcüstana ordu qurmaqda olan Qərb bu gün Gürcüstan ordusuna 35 milyon avronu qıymadı; yardımı kəsdi.

Ermənistanda hələ də reallığı olduğu kimi dərk etmirlər. Kənar diqtə altında cürbəcür oyunlar qururlar. Məsələn, sərhəddəki əsgərlərimizə atəş açırlar, sonra Azərbaycana deyirlər: "Gəlin, bu hadisəni birlikdə araşdıraq, birgə monitorinq mexanizmi yaradaq" və sair. Məqsəd məlumdur: Azərbaycan Ermənistanın nəzərdə tutduğu xəritə ilə sərhəd xəttinə faktik razılaşsın.

Nəyi, niyə birlikdə araşdıraq və necə?! Atəş Ermənistan ərazisindən açılıb, Ermənistan özü araşdırsın. Ordu özünün, əsgər özünün, silah özünün. Öz zabitindən soruşsun, niyə atəş əmri verib? Öz əsgərindən izahat alsın, niyə atıb, hara atıb?

Bir yandan, sülh danışıqları aparır, o biri yandan, atəş açır. Bir yandan, Avropa hərbçilərini gətirib Azərbaycanla yığır, o biri yandan, birgə monitorinq deyir. Kanada zabitinin Qərbi Zəngəzurda nə işi var?!

Baş nazir Nikol Paşinyan bir tərəfdə prezident İlham Əliyevə: "Sərhəddə birgə mexanizm yaradaq" deyir, o biri tərəfdə, görüşdən qaçır. Böyük Britaniya baş nazirinin təşəbbüsünə rədd cavabı verir, İlham Əliyevlə görüşməkdən imtina edir. Səbəb: Fransanın diqtəsi. İlham Əliyev məlum və haqlı səbəblərdən Parisin moderatorluğunu qəbul etmir, çünki Makron hökuməti tərəfsiz deyil; Ermənistanın yanındadır. Bunun əvəzində isə Paşinyan Parisin diqtəsilə Londonun təşəbbüsünə rədd cavabı verir. Halbuki Böyük Britaniya bu məsələdə neytrallıq göstrir.

Nikol Paşinyan Kəlbəcəri atəşə tutur. Ondan da qabaq Naxçıvana güllə atır. Məqsədi məlumdur: vəziyyət yenə də gərginləşsin, hərbiləşsin. Proses siyasi müstəvidən hərbi müstəviyə keçsin. İrəvan bu minvalla Qərbdən daha çox silah, daha çox pul, daha çox dəstək ala bilsin.

Bir sözlə, qandan bəslənirlər...

Orxan, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »