Böyüklərimiz, xüsusən də analarımız hələ balaca vaxtlarımızdan “kök ye ki, gözün yaxşı görsün” ifadəsini deyirlər. Beləliklə, yerkökü deyildiyi kimi gözlər üçün yaxşıdır?
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, şübhəsiz ki, hər bir tərəvəz və meyvənin tərkibində müxtəlif vitamin, hmçinin minerallar var. Sağlamlığımızı qorumaq üçün onların hər birini kifayət edəcək qədər miqdarda istehlak etmək böyük əhəmiyyət kəsb edir.
Ancaq yerköküdən söz düşəndə onun göz üçün faydalı olması iddiası nə dərəcədə doğrudur?
Hər bir tərəvəz insan orqanizmi üçün mütləq faydalıdır.
Tərkibində çoxlu antioksidantlar, vitaminlər və minerallar olan yerkökü həm də müxtəlif xəstəliklərlə mübarizə aparmağa kömək edən mühüm qida maddəsidir. Bundan əlavə, kifayət qədər miqdarda A vitamini qəbul etmək də gözlərin sağlam olmasına kömək edir.
Yerkökü əsasən retina və beta-karotin ehtiva edir. Retina A vitamininin aktiv formasıdır, beta-karoten isə köklərə fərqli rəng verən maddədir. Lakin yerkökü tərkibində beta-karotin olan yeganə qida deyil.
Yerkökü ilə yanaşı, tünd yaşıl yarpaqlı tərəvəzlər, bəzi sarı və narıncı tərəvəzlər, həmçinin meyvələr yüksək miqdarda beta-karotin ehtiva edir.
Digər tərəfdən, A vitamini iki əsas formadan ibarətdir: əvvəlcədən formalaşmış A vitamini və A provitamini.
Əvvəlcədən hazırlanmış A vitamini qaraciyər, balıq, yumurta sarısı və süd məhsulları kimi heyvan mənşəli qidalarda olan A vitamininin aktiv formasıdır. Bu qidaları istehlak etdikdə, A vitamini bədən tərəfindən qəbul edilməyə hazırdır.
Bununla belə, provitamin A birləşmələri A vitamininin prekursorlarıdır. Bu səbəbdən orqanizmə daxil olduqdan sonra aktiv A vitamininə çevrilməlidir. Bundan əlavə, qida çatışmazlığının olmadığı ölkələrdə yaşayan insanların əksəriyyəti üçün A vitamininin adekvat qəbulu problem deyil.
Buna görə də, daha çox yerkökü yemək gözlər üçün ciddi bir fərq yaratmayacaq. Əgər sağlam və balanslı bir pəhriz yeyirsinizsə, yəqin ki, kifayət qədər A vitamini alırsınız.
Başqa sözlə desək, kök və A vitamini ilə zəngin pəhriz daha sağlam gözlərə sahib olmanıza kömək etməyəcək. Yerkökün gözlər üçün faydalı olması və bəzilərinə görə hətta qaranlıqda görmə qabiliyyətini gücləndirməsi ilə bağlı şayiələr tamamilə əsassızdır.
Qadir, Bizimyol.info






