Pilotlar və stüardessalar öz işlərini mükəmməl yerinə yetirmək üçün ümumiyyətlə müəyyən qaydalara uyğun hərəkət etməlidirlər.
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, pilotların saqqal saxlamaması ilə bağlı göstərişlər də onlardan biridir.
Aviaşirkətlər əsasən pilotlara saqqal və bığ uzatmasına üstünlük vermirlər. Təbii ki, bunun əsas səbəbi onların mükəmməl bir görünüşə sahib olmaları deyil.
Pilotların saqqal saxlamasının nə zərəri var?
Pilotlardan saqqal saxlamamaq tələb olunması Federal Aviasiya Administrasiyasının siyasəti olmasa da, əksər aviaşirkətlərdə üz tükləri ilə bağlı qaydalar var
Bəzi aviaşirkətlər saqqal və bığların səliqəli kəsilməsini və qısa olmasını tələb etsələr də, "American Airlines" kimi bəzi şirkətlər saqqallı pilotların pilot oturacağında oturmasına icazə vermir.
Bu vəziyyət gözlənildiyi kimi dəb seçiminin nəticəsi deyil. 1987-ci ildə maskalar və üz tükləri üzərində təhlükəsizlik yoxlaması aparılıb. Pilotlar mümkün fəlakətlə qarşılaşdıqda və oksigen maskası taxmalı olduqda, saqqallı olduqda bu, maskaların qoruma dərəcəsini azaldır.
Geyilən oksigen maskasının effektivliyi; Bu, taxılan maskanın növündən, maska ilə əlaqəli asma sistemindən və üzdəki tüklərin miqdarından asılı olsa da, ən təsirlisi, şübhəsiz ki, saqqalın miqdarıdır.
Bu mövzuda aparılan araşdırmaların birində maraqlı bir detala da rast gəlinir
Oksigen maskaları altında saqqallı pilotlar 16% ilə 67% arasında oksigen sızması yaşayır. Yəni saqqal olanda oksigen maskası tam qoruma təmin edə bilmir. Çünki saqqalların səbəb olduğu hava sızması kifayət qədər oksigenin tənəffüs sisteminin aşağı hissəsinə çatmasına mane olur. Bu təhlükəsizlik narahatlığına görə, əksər aviaşirkətlər pilotlarının saqqallarını uzatmağın qarşısını alır.
Qadir, Bizimyol.info






