Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hulusi Akar: “Kipr məsələsi Türkiyə Cümhuriyətinin milli məsələsidir”
Hulusi Akar: “Kipr məsələsi Türkiyə Cümhuriyətinin milli məsələsidir”

Türkiyə Böyük Millət Məclisinin Milli Müdafiə Komissiyasının sədri Hulusi Akar Türkiyə Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Milli Müdafiə Komissiyası sədrlərinin 1-ci toplantısındakı çıxışında dost və qardaş ölkələr olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr Türk Cümhuriyəti (ŞKTC) və bu ölkələrin parlament nümayəndələri ilə bir yerdə olmaqdan məmnun olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, parlamentarilər arasında münasibətlərin artırılması üçün ixtisaslaşdırılmış komissiyaların əməkdaşlığına önəm verdiklərini vurğulayan Akar bu kontekstdə TÜRKPA-ya üzv ölkələrin parlamentlərinin müdafiə komissiyaları arasında əməkdaşlığın təkmilləşdirilməsinin onların prioriteti olduğunu qeyd edib.

Müdafiə və təhlükəsizlik məsələlərinin strateji əməkdaşlıq üçün vacib və prioritet olduğunu vurğulayan Akar, bu şüurla hərəkət etməyə çalışacaqlarını bildirib.

“Kıbrıs milli məsələmizdir”, - deyən Akar, dünya türklərinin ayrılmaz bir parçası olan Kipr türklərinin məruz qaldıqları insanlıqdan kənar və ədalətsiz təcridi aradan qaldırmaq üçün idman, mədəniyyət, təhsil və turizm kimi sahələrdə əlaqələri inkişaf etdiriləcəyinə ümid etdiklərini ifadə edib.

Akar ŞKTC Parlamenti ilə dostluq qruplarının yaradılması lazım olduğunu bildirib: “Kıbrıs türkləri ilə birbaşa ticarət və uçuşların başlanmasında, eləcə də Kipr Türk rəhbərliyi ilə birbaşa əlaqələrin qurulmasında dəstəyinizi gözləyirik”.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »