Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş nazir Ünal Üstel Türkiyə-Azərbaycan-ŞKTC Parlamentlərarası Dostluq Qruplarını qəbul edib
Baş nazir Ünal Üstel Türkiyə-Azərbaycan-ŞKTC Parlamentlərarası Dostluq Qruplarını qəbul edib

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş nazir Ünal Üstel Türkiyə-Azərbaycan-ŞKTC Parlamentlərarası Dostluq Qruplarını və onları müşayiət edən nümayəndə heyətini qəbul edib.

Bizimyol.info xəbər verir ki, fəxri ziyafət salonunda keçirilən ziyafətdə ŞKTC-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Cavanşir Feyziyev, ŞKTC-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Orhan Erdem, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Əhliman Əmiraslanov, Türkiyə-Azərbaycan Dostluq Qrupunun prezidenti Şamil Ayrım və nümayəndə heyətləri iştirak edib.

ŞKTC-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Cavanşir Feyziyev, Üstelə 4 heyət olaraq səfər etdiklərini, nümayəndə heyətləri olaraq işçi qrupu yaratdıqlarını, mühüm səfərlər və görüşlər keçirdiklərini bildirib. İlk rəsmi səfər olduğunu və bu səfərlərin daha da artacağını və digər səfərlərə yol açacağını vurğulayan Feyziyev qeyd edib ki, onların məqsədi münasibətləri daha da sıxlaşdırmaq və bütün sahələrdə yaxınlaşmanı təmin etməkdir. Hər iki xalqın tarixdə çox çətinlik çəkdiyini, lakin sonda uğur qazandığını deyən Feyziyev hazırda davam edən mübarizənin çətin olsa da, nəticəsinin yenidən uğurlu olacağına inandığını bildirib və Azərbaycan olaraq türk xalqının yanında olduqlarına diqqət çəkib. Kipr xalqının qəlbində, ruhunda və aralarındakı bağların, dəstəyin artacağını söyləyib.

Baş nazir Ünal Üstel də nümayəndə heyətlərini ŞKTC-də görməkdən böyük məmnuniyyət duyduğunu dilə gətirib və bu günü “tarixi gün” kimi xarakterizə edib.

Üstel Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə müşahidəçi üzv olduqları Türk Dövlətləri Təşkilatından sonra ilk səfərlərini Azərbaycana etdiklərini, prezidentlərin görüşdüyünü, iqtisadi, mədəni və sosial turizm sahələrində əməkdaşlıq məsələlərini müzakirə etdiklərini açıqlayıb, daha sonra qarşılıqlı səfərlər etdiklərini və Qarabağ mübarizəsinə bənzər bir mübarizənin Kiprdə də aparıla biləcəyini qeyd edib.

“Üç dövlət, bir millət olaraq aramızda olan əlaqələri gücləndirəcəyik”, - deyən Üstel, Azərbaycan Milli Məclisinin qəbul etdiyi dostluq qrupu qərarının onlar üçün əlamətdar və tarixi bir qərar olduğunu vurğulayıb.

Aralarındakı əlaqələri gücləndirəcəklərini, Azərbaycanla mədəniyyət, sosial və turizm sahələrində əlaqələri yaxşılaşdırmaq üçün araşdırmalar və görüşlər keçirəcəklərini bildirən Üstel, ŞKTC-yə səfər etdikləri üçün nümayəndə heyətlərinə təşəkkür edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »