Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AK Partiya sözçüsü Çelikdən İsrailin BMT nümayəndəsinə reaksiya
AK Partiya sözçüsü Çelikdən İsrailin BMT nümayəndəsinə reaksiya

Türkiyənin hakim AK Partiya sözçüsü Ömər Çelik sosial media hesabından İsrailin BMT-dəki səfirinə reaksiya göstərərək: "Fələstin qərarından sonra kürsüdə kağız parçalayıcı maşınla BMT razılaşmasını çırmaq İsrailin beynəlxalq hüququ tanımadığını bir daha göstərdi", - deyib.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çelik: "Fələstinin BMT-yə üzvlüyünün BMT TŞ-də yenidən müzakirə edilməsini tələb edən və müşahidəçi statusuna malik Fələstinə bəzi əlavə hüquqların verilməsini tələb edən qətnamə layihəsinin BMT Baş Assambleyasında böyük səs çoxluğu ilə qəbul edilməsi sevindirici haldır.

Digər tərəfdən, İsrailin BMT-dəki səfirinin Fələstin qərarından sonra kürsüdə kağız parçalayıcı ilə BMT Müqaviləsini çırması İsrailin beynəlxalq hüququ tanımadığını bir daha göstərir",- deyə bildirib.

"Beynəlxalq ictimaiyyətin Fələstin xalqına və BMT Baş Assambleyasında iki dövlət həllinə güclü dəstəyi Yaxın Şərq və dünya sülhü ilə bağlı beynəlxalq konsensusun olduğunu ortaya qoyur. Dünya xalqları BMT Baş Assambleyasında İsraili qınadığı halda, buna qarşı çıxanlar qaydalara əsaslanan beynəlxalq nizama qarşı mövqe tutaraq siyasi tarixə qara ləkə kimi düşəcək səhvə yol verirlər.

Bu məqamda beynəlxalq ictimaiyyət Netanyahu hökumətinin fələstinlilərə qarşı vəhşi təcavüzünə son qoymaq üçün daha konkret və qabaqcıl addımlar atmalıdır; Fələstin dövlətini tanıması üçün BMT Təhlükəsizlik Şurasına təzyiq etməlidir", - deyə o qeyd edib.

Çelik deyib ki, Prezidentimizin ən açıq şəkildə vurğuladığı kimi, biz Fələstin xalqının haqlı davasında yanında olmağa və vəhşiliyi dayandırmaq üçün mübarizə aparmağa davam edəcəyik.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »