Türkiyədə qurulan və gözdən əlillər üçün 60-dan çox ölkəyə ağıllı əsalar ixrac edən "WeWALK" şirkəti Britaniya Kral İnnovasiya Mükafatını almağa haqq qazanıb.
Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, əlil vətəndaşların qarşılaşdıqları problemlərə həll yollarının yaradılması və cəmiyyətdə maarifləndirilməsi məqsədilə hər il 10-16 may tarixləri “Əlillik həftəsi” kimi qeyd olunur. Türk sahibkarlar da əlil vətəndaşların həyatını asanlaşdırmaq üçün texnoloji həllər istehsal edirlər.
Bu sahibkarlardan biri olan "WeWALK" şirkətinin həmtəsisçisi Kürşat Ceylan əlillər üçün hazırladıqları ağıllı dəyənək haqqında məlumat verib.
Gözdən əlillərin sosial həyatda tam və bərabər iştirakı üçün texnoloji məhsullar hazırladıqlarını bildirən Ceylan, Türkiyədə qurulduqlarını, London və Nyu Yorkda xaricdə ofislərinin olduğunu bildirib.
Ceylan, dünyada 250 milyondan çox görmə qüsurlu insanın həyatını dəyişdirmək üçün texnologiyalar inkişaf etdirdiklərini açıqlayıb. O, patentli bir texnologiya olan ağıllı əsanın indiyə qədər 60-dan çox ölkəyə ixrac edildiyini bildirib. Ceylan, ağıllı əsanın Almaniya, Avstraliya, ABŞ kimi ölkələrdə dövlət tərəfindən dəstəklənir və gözdən əlillər olanlara pulsuz verilir.
Ceylan, ağıllı əsa texnologiyası ilə innovasiyalara görə Britaniya Kral Mükafatına layiq görüldüklərini bildirib: “Biz “WeWALK” olaraq “Windsor” qalasında keçiriləcək mərasimdə Britaniya Kral İnnovasiya Mükafatını alacağıq.Bizim təşəbbüsümüz gözdən əlillərin həyatını dəyişdirməklə, ölkəmizi bütün dünyada təmsil etməyə davam edəcək”, - deyib.
Ceylan gözdən əlillər üçün xüsusi olaraq hazırlanmış səs köməkçisi olan ağıllı əsanın yeni versiyası haqqında da məlumat verib: "Bu səs köməkçisi sayəsində görmə qabiliyyəti zəif olan insanlar daha təhlükəsiz və müstəqil hərəkət edirlər. Ağıllı əsanın ən son versiyası qabaqcıl texnologiyası ilə çox daha həssas maneə aşkarlama təcrübəsi təqdim edib", - deyə o qeyd edib.
Ceylan yolda gedərkən ağıllı əsadan naviqasiya dəstəyi alına biləcəyinibildirib: "Hansı restoran, mağaza və ya kafenin yanından keçsəniz, bütün bu məlumatlar sizə təqdim edilir. Ən əsası isə ictimai nəqliyyatdır. Bütün ictimai nəqliyyat prosesinizi ağıllı əsa vasitəsilə idarə edə bilərsiniz. "Ən yaxın avtobus dayanacağı haradadır, məni ora apar, hansı avtobus nə vaxt gələcək?", kimi bütün suallarlara siz əsa vasitəsilə cavab ala bilərsiniz. Bəlkə də ən yaxşısı odur ki, bunu birbaşa dəyənəyinizə danışaraq edirsiniz. Süni intellekt indi gözdən əlillərin əlinin altındadır. Çünki siz sehrli çubuq kimi əsanızla danışa bilərsən”, - deyib.
Qadir, Bizimyol.info






