Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycanın Türkiyə kimi qardaş ölkəsi və Türk Dünyası kimi geniş coğrafiyada güclü ailəsi var"
"Azərbaycanın Türkiyə kimi qardaş ölkəsi və Türk Dünyası kimi geniş coğrafiyada güclü ailəsi var"

“Biz imkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Biz səsimizi ucaltdıqda – Qoşulmama Hərəkatına sədrliyimiz zamanı bu məsələni qaldırdıqda bu, onunla bağlı deyildi ki, hansısa ölkəyə qarşı idik. Biz, sadəcə ədalətə və beynəlxalq hüquqa bağlı idik”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı deyib. Prezident qeyd edib ki, mövcud iyrənc neokolonializm praktikasına dünya göz yummalı deyil. “Bu, assimilyasiyadan xəbər verir və bu da məcburi assimilyasiyadır. Bu, Fransanın 10-dan artıq dənizaşırı ərazisində baş verir. Buna son qoyulmalıdır”, - deyə dövlət başçısı vurğulayıb.

Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsinin müəllimi, professor Kərəm Qarabulud Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan tarixinin heç bir dövründə heç bir dövlətin torpağını işğal etməyib, heç bir xalqı assimilyasiya və ya istismar etməyib. Bununla belə, bir çox Avropa ölkələri başqa xalqları assimilyasiya edib istismar edirdilər. Bunlar arasında birinci yerdə Fransa gəlir.

Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi müəllimi, professor Kərəm Qarabulud Kərəm Qarabulud

“Məsələn, Avropada sənaye inqilabının başlamasının əsas səbəblərindən biri Afrikadan gətirilən qulların əməyinin istismarı idi. Yunanıstanın keçmiş iqtisadiyyat naziri Yanis Varufakis bunu "Qızımla iqtisadiyyat söhbətləri" kitabında ifadə edir. Bunlar onu göstərir ki, Fransa Azərbaycana heç nə deyə bilməz. Digər Avropa ölkələri də Azərbaycana heç nə deyə bilməz. Çünki Azərbaycanın tarixi qəhrəmanlıqlarla dolu bir tarixdir.

Üstəlik, bu gün Azərbaycan sıradan bir dövlət deyil. Regionun və dünyanın siyasi, iqtisadi və geosiyasətində hörmətli yeri olan dövlətdir. Azərbaycan artıq meydanda tək dövlət deyil. Türkiyə kimi qardaş ölkəsi, Türk Dünyası kimi geniş coğrafi gücü var”-deyən professor bildirib ki, Rusiya və dünyanın digər qüdrətli dövlətləri ilə strateji əməkdaşlığı olan mühüm dövlətdir. Bu şəraitdə Azərbaycana qarşı apardığı neqativ siyasətdə təkcə Fransa uduzur. Nəticə etibarilə demək olar ki, prezident İlham Əliyev Fransa kimi dövlətlərdən əvvəl Azərbaycanın hüquqlarını ən səmərəli şəkildə qoruyub.

Kərəm Qarabulud vurğulayıb ki, Avropa ölkələri heç vaxt öz neokolonial siyasətlərini Azərbaycan kimi dövlətlərə tətbiq edə bilməzlər və hətta Azərbaycan kimi mühüm dövlətlər və onların nüfuzlu liderləri də dünyanın belə yanlış siyasətlərinə qarşı çıxacaqlar.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »