Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elon Mask Teslanın avtonom taksilərinin nə vaxt təqdim ediləcəyini açıqlayıb
Elon Mask Teslanın avtonom taksilərinin nə vaxt təqdim ediləcəyini açıqlayıb

Bir müddət əvvəl "Reuters" öz mənbələrinə əsaslanan xüsusi xəbərində "Tesla"nın ucuz avtomobil layihəsini ləğv etdiyini və bunun əvəzinə avtonom robot taksilərə diqqət yetirəcəyini bildirib.

Bizimyol.info xəbər verir ki, Elon Mask "X" sosial platformasında paylaşım edərək illərdir gözlənilən "Robotaxi" modelinin təqdimat tarixini açıqlayıb.

Beləliklə məşhur milyarder birbaşa "Reuters"i hədəfə alaraq bu iddiaları təkzib etdi və məşhur xəbər saytının yalan yazdığını iddia edib. Bu dialoqdan dərhal sonra Mask "Tesla"nın robot taksiləri nə vaxt təqdim edəcəyini "X"dəki yazısında sadə dillə izah etdi.

"Tesla Robotaxi" avqust ayında təqdim ediləcək.

Günün sonundakı postunda Mask, "8/8-də "Tesla Robotaxi"nin təqdimatı" olacaqğını qeyd edib. Dəqiq ili açıqlamasa da, 8 avqust 2024-cü il olduğu güman edilir. Əvvəlki məlumatlarda Mask "Tesla"nın sükan kimi idarəetmə vasitələri olmayan avtonom bir avtomobil hazırlayacağını bildirmişdi.

Maskın sözlərinə görə, bu avtomobillər avtonom sürücülük yeniləmələri ilə daim daha stabil olacaq və nə vaxtsa tamamilə müstəqil taksilərə çevriləcəklər. Bu zaman onlar başqalarına taksi xidməti təklif edəcək və bu nəqliyyat vasitələrinin sahibləri bu səfərlərdən pul qazana biləcəklər. Əvvəllər Cruise daxilində avtonom taksilər uzun saatlar ərzində tıxaclara səbəb olduğu və qəzalara səbəb olduğu üçün gündəmdə idi. "Tesla"nın bununla bağlı hansı təkmilləşdirmələr təklif edəcəyini birlikdə görəcəyik.

Əlbəttə, onu da xatırlatmaq lazımdır ki, Maskın hər vədi vaxtında yerinə yetmir. Çünki biz hələ də "Tesla Roadster" və tam avtonom sürücülük kimi yeniliklərin gəlməsini gözləyirik. Digər tərəfdən, "Robotaxi" məsələsi yeni deyil. Şirkət 2019-cu ildə bu taksilərin 1 ildən sonra dövriyyəyə buraxılacağını bildirmişdi. Yenə də Mask: “Bəzən hər şeyi vaxtında etmirəm, amma edirəm. Sonda "Tesla" komandası vəd etdiyimiz hər şeyə nail olur”, - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »