Qarşıdan gələn yay festivalı çərçivəsində GameSummit, əfsanəvi PUBG oyununun mobil versiyası üçün ən böyük çempionatı elan edir. 2017-ci ildə buraxılan bu oyun tez bir zamanda bütün dünyanı ələ keçirdi və bir çox təqlidçilərin yaranmasına səbəb oldu. Azərbaycan da istisna deyil - minlərlə yerli oyunçu hər gün bir neçə saatı PUBG-də keçirir. Və oyunun populyarlığını nəzərə alaraq, festival təşkilatçıları təkcə iştirakçıların sayında deyil, həm də uduşların məbləğində rekorda çatmağına zəmanət verirlər. Çempionatın ümumi mükafat fondu 10 000 manat təşkil edəcək. Çempionat üçün qeydiyyat tədbirin özündə aparılacaq.
Festivalın rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, GameSummit sadəcə bir oyun yarışması deyil. Gamesummit oyun festivalı video oyunlara və e-sportlara olan həyəcanı birləşdirmək və onu bölüşmək üçün platforma təklif edən oyun mədəniyyətinin təntənəsidir. Təşkilatçılar mümkün qədər çox gənci aktiv istirahətə cəlb etməyi hədəfləyirlər, ona görə də bu cür elanlar mümkün qədər tez-tez görünəcək.
GameSummit - Summer 2024 Baku Crystal Hall-da 1-2 iyun tarixlərində keçiriləcək. Tədbirin təşkili ilə bağlı bütün sualları tədbirin sosial şəbəkələrdəki rəsmi səhifələrində verə bilərsiniz:
Biletləri buradan ala bilərsiniz
Bizimyol.info






