Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskvada terror törədənlərdən biri onları "Crocus City Hall"a kimin göndərdiyini söyləyib - Video
Moskvada terror törədənlərdən biri onları "Crocus City Hall"a kimin göndərdiyini söyləyib - Video

Moskvanın “Krokus Siti Holl”unda ziyarətçilərin güllələnməsini həyata keçirən terrorçulara terror aktını törətdiklərinə görə yarım milyon rubl ödənilib.

Bizimyol.info xəbər verir ki, bu barədə ilkin dindirilmə zamanı bu cinayətdə şübhəli bilinərək saxlanılan şəxslərdən biri danışıb.

Ehtimal ki, həbsdən dərhal sonra lentə alınmış videoda Mərkəzi Asiya əsilli bir şəxs "Telegram"da hansısa qrupa və ya kanala abunə olduğunu, orada “moizələr” dinlədiyini söyləyib. Saxlanılan şəxs iddia edir ki, təxminən bir ay əvvəl onunla adını və soyadını bildirməyən, lakin terror aktı üçün 500 min rubl təklif edən “vaiz köməkçisi” əlaqə saxlayıb. Məbləğin yarısı avans kimi onun kartına köçürülüb.

Saxlanılan şəxs: Burada pul üçün belə şeylər təklif edib...

Müstəntiq: Nə baş verdi? O sizə dəqiq nə dedi?

Saxlanılan şəxs: Belə qətllər.

Müstəntiq: Kimi öldürməli?

Saxlanılan şəxs: Ünvan verdilər...

Müstəntiq: Dedilər ki, kimi öldürəcəklər?

Saxlanılan şəxs: İnsanları.

Müstəntiq: Hansılar?

Saxlanılan şəxs: Fərqi yoxdur (sonra eşidilmir).

Ukrayna mətbuatı yazıb ki, Rusiya hakimiyyətinin son məlumatlarına görə, "Crocus City Hall" konsert zalında törədilən terror aktı zamanı ən azı 115 nəfərin həyatına son qoyub. Terrorçu güllələrindən ölənlərlə yanaşı, sonrakı yanğının qurbanları da tapılıb - onlar tüstüdən boğulublar.

Terrorçuların Orta Asiya mənşəli olması ilə bağlı ilk məlumatlara baxmayaraq, Rusiya təbliğatı onları Ukrayna ilə bağlamağa çalışıb. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bu cür bəyanatları cəfəngiyyat adlandırıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »