İnfarkt keçirən Daisy Devane üzərində ürək masajı edən feldşer infarkt keçirib. İlk tibbi yardımı bilən Devanın həyat yoldaşı onu həyatda saxlayarkən, başqa bir təcili yardım işçisi feldşer Ceremi Uilyamsın köməyinə gəlib.
Bizimyol.info xəbər verir ki, 33 yaşlı Daisy Devane infarkt keçirəndə feldşer Ceremi Uilyams ürək masajı ilə onu yaşatmağa çalışıb. Amma həmin an Uilyamsın özü də infarkt keçirərək huşunu itirib. Devane ilə birlikdə olan əri Eammon ona ürək masajını davam etdirib. Digər təcili yardım qrupu feldşer Uilyamsı xilas etmək üçün çalışıblar.
Təcili olaraq xəstəxanaya aparılan 55 yaşlı Uilyams ürəyinə iki stent taxaraq həyata qayıdanda müdaxilə etdiyi Devanın da sağ olduğunu öyrənincə çox sevinib.
Bu hadisə 2022-ci ilin iyununda baş verib. İkisi bir müddət sonra yenidən bir araya gəldi və ilk yardımı öyrənməyin nə qədər vacib olduğu ilə bağlı xəbərdar ediblər.
Qadir, Bizimyol.info






