İlk lüks kosmos turizmi şirkətlərindən biri olan "SpaceVIP", "Michelin" ulduzlu Danimarkalı aşpaz Rasmus Munk ilə kosmosda immersive yemək təcrübəsinə ev sahibliyi edəcək. Cəmi 6 nəfərin qatılacağı xüsusi şam yeməyi adambaşına 495 min dollara başa gələcək.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, kosmik turizm şirkətlərindən biri olan "SpaceVIP", "Michelin" ulduzu aşpaz Rammus Munk ilə kosmosda şam yeməyi təcrübəsinə hazırlaşır. Bilet başına 495 min dollar ödəyən 6 nəfər yer atmosferinin kənarında 6 saatlıq səyahətə çıxacaq.
Nahardan əldə edilən bütün gəlir elm və texnologiya sahəsində gender bərabərliyini dəstəkləyən Kosmik Mükafat Fonduna gedəcək.
"SpaceVIP"in yaradıcısı Roman Çiporuxa, turistik kosmik yeməklər haqqında: “Bu, kosmos savadını təşviq etmək üçün kosmos səyahətinin gücündən istifadə etmək üçün aparıcı rəssamların iştirak etdiyi bir sıra ekspedisiyalarda birincidir”, - deyib.
"Michelin" ulduzlu aşpaz və altı qonağı 2025-ci ilin sonunda Floridadakı Kennedi Kosmik Mərkəzindən yola düşəcək. Aşpaz, dünyanın ilk karbon-neytral kosmik gəmisi olan "Space Perspective"in "Neptun" kosmik gəmisində şam yeməyi verəcək. "Neptun" kosmik gəmisi raket deyil, "SpaceBalloon" tərəfindən yavaş-yavaş hərəkət etdirilən təzyiqli bir kapsuldur.
Atmosferin kənarına çatdıqdan sonra tədqiqatçılar kosmik gəmidə "Wi-Fi" əldə edəcək və təcrübələrini canlı yayımlaya biləcəklər. Onlar həmçinin uçuşlar zamanı yer üzündəki dostları və ailəsi ilə əlaqə saxlaya biləcəklər. Sərnişinlər həmçinin günəşin doğuşunu izləmək şansı əldə edəcəklər.
Aşpaz Rasmus “son 60 ildə bəşər tarixində kosmik tədqiqatların rolundan və onun həm elmi, həm də fəlsəfi baxımdan cəmiyyətə təsirindən ilhamlanaraq” yaradıcı yeməklər təqdim edəcək. Menyu hazırlığı hələ tamamlanmadığı üçün yeməklər səfər planının son mərhələsində açıqlanacaq.
Aşpaz Ramsusun Kopenhagendə yerləşən restoranı 2020-ci ildən bəri iki "Michelin" ulduzu alıb. Restoran həmçinin "Dünyanın 50 ən yaxşı restoranı" siyahısında 5-ci yerdədir.
Qadir, Bizimyol.info






