"McDonald's" dünyanın bir çox ölkəsini əhatə edən bir problem yaşayıb. Dünən saatlar sonra aradan qaldırılan sistem problemi bir çox "McDonald's" filiallarının sifariş ala bilməməsinə və bağlanmasına səbəb olub.
Bizimyol.info xəbər verir ki, dünyanın ən böyük restoran şəbəkələrindən biri olan "McDonald's" böyük problemi ilə gündəmə gəlib. Günün əvvəlində şirkətin sistemlərində problem yaranıb. Sistemin çökməsi sifarişlərin qəbul edilməməsinə və bir çox "McDonald's" filiallarının fəaliyyət göstərə bilməməsinə səbəb olub.
Problem müəyyən bölgələrdə deyil, dünyanın bir çox ölkələrində baş verib. Böyük Britaniya, Avstraliya, Yaponiya, Çin və Yeni Zelandiya da daxil olmaqla bir çox ölkədə filiallar fəaliyyət göstərə bilməyib və bağlanıb. Türkiyədən belə bir problemin olması ilə bağlı açıqlama verilməyib. Qeyd edək ki, "McDonald's" Türkiyə Qətərin "Boheme Investment" çətiri altında fəaliyyət göstərir.
Şirkət bir neçə saatdan sonra aradan qaldırılan texniki problemin kiberhücum nəticəsində yaranmadığını bildirib.
Səhər saatlarında yaranan problem bir neçə saat sonra aradan qaldırılıb və bunun ardınca zərər çəkmiş ölkələrdəki "McDonald's" filialları normala dönərək müştərilərinə yenidən xidmət göstərməyə başlayıb. "McDonald's" problemin kiberhücum ola biləcəyi ilə bağlı iddialara da cavab verib.
Şirkət öz açıqlamasında bunun kiberhücum nəticəsində baş vermədiyini vurğulayıb. Bunun əvəzinə konfiqurasiya dəyişikliyi zamanı bunun üçüncü tərəf provayderi tərəfindən törədildiyi bildirilib. Həmçinin bildirilib ki, “qlobal sistem kəsilməsi” kimi səciyyələndirilən problem tez bir zamanda aşkar edilərək aradan qaldırılıb.
Öz sahəsində lider olan "McDonald's"ın dünya üzrə 40 min restoranı var. Ona görə də problemin minlərlə filiala, yüz minlərlə müştəriyə təsir etdiyini söyləmək olar.
Qadir, Bizimyol.info






