Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-dan süni intellekt hesabatı: Bəşəriyyəti məhv edəcək təhlükə
ABŞ-dan süni intellekt hesabatı: Bəşəriyyəti məhv edəcək təhlükə

Süni intellekt texnologiyası inkişaf etdikcə, narahatlıqlar artır.

Bizimyol.info xəbər verir ki, “Time” jurnalının ABŞ hökumətinin hazırladığı hesabatda təəccüblü nəticələr və tövsiyələr var.

Hesabatda iddia edilir ki, süni intellektə nəzarət edilməzsə, bu, bəşəriyyəti məhv edə biləcək təhlükə yaradacaq. Süni intellektlə bağlı araşdırmalar görünməmiş bir sürətlə irəliləsə də, özü ilə narahatlıqlar və mübahisələr də gətirir.

Jurnalın məlumatına görə, ABŞ administrasiyasının hazırladığı iddia edilən hesabatda süni intellektin bəşəriyyəti məhv edə biləcəyi bildirilir: “Süni intellekt nəzarətdən çıxsa, insanları düşmən kimi görəcək”, - deyə qeyd edilib.

“Qabaqcıl Süni İntellektin Təhlükəsizliyini Təkmilləşdirmək üzrə Fəaliyyət Planı” adlanan hesabatda bu texnologiyanın səbəb ola biləcəyi problemlər və nə edilə biləcəyi izah edilir. Məlumata görə, süni intellektə nəzarət edilməzsə, bəşəriyyəti məhv edə biləcək təhlükə yaradacağı iddia edilir. Süni intellektin iki mühüm təhlükə yaratdığını bildirən hesabatda silahlanma və nəzarətin itirilməsinə diqqət çəkilir.

Hesabat bu risklərlə mübarizə aparmaq üçün proqram və aparat istehsalına nəzarət etmək üçün federal süni intellekt bölməsinin yaradılmasını tövsiyə edir. “Time” jurnalının məlumatında bildirili ki, hesabat "OpenAI", "Google", "Meta" kimi şirkətlərin mütəxəssisləri və dövlət işçiləri də daxil olmaqla 200 nəfərlə müsahibələr nəticəsində hazırlanıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »