Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fəallar Fələstinə görə 110 illik rəsm əsərini məhv ediblər - Video
Fəallar Fələstinə görə 110 illik rəsm əsərini məhv ediblər - Video

İngiltərədəki Kembric Universitetinin bir İsrail silah şirkətinə silah dəstəyi verməsi Fələstinli etiraz qruplarını hərəkətə keçirib. 1917-ci ildə yəhudilərin Fələstində dövlət qurmasına səbəb olacaq bəyannaməyə imza atan Artur Ceyms Balfurun 110 illik tablosuna fələstinli hücum edib və universitetdə sərgilənib.

Bizimyol.info xəbər verir ki, Portretdəki Artur Ceyms Balfour 1917-ci ildə yəhudilərin Fələstində dövlət qurmasına səbəb olacaq bəyannaməyə imza atıb.

Palestine Action qeyri-hökumət təşkilatının fəalı Kembric Universitetinin ən varlı qurucu kolleci olan Trinity Kollecində Lord Balfourun 1914-cü ildə çəkilmiş rəsmini sprey boya ilə boyadı və sonra kəsici əşya ilə parçalayıb.

Trinity Kolleci İsrail ordusunun istifadə etdiyi pilotsuz uçuş aparatlarının və quru avadanlığının 85 faizini istehsal edən İsrailin ən böyük silah şirkətinə 78 min dollar sərmayə qoyub.

Balfour bəyannaməsi Böyük Britaniyanın Xarici İşlər Naziri Artur Balfour tərəfindən yazılan məktubda İngiltərənin Fələstin ərazilərində yəhudilər üçün milli ev yaratmaq niyyətini elan edir.

Bu sənəd yəhudi xalqının Fələstində milli yurd yaratmaq hüququna rəsmi dəstəyin verilməsində mühüm addım olsa da, İsrailin qurulması prosesində mühüm rol oynadı.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »