Yeni bir araşdırma göstərir ki, bir pişiklə böyümək şizofreniyaya səbəb ola biləcək zehnə təsir göstərə bilər. Yəni həqiqətən belə bir şey ola bilərmi?
Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatında araşdırma yazı dərc edilib.
Evimizi bir heyvanla paylaşmağa qərar verməmişdən əvvəl bir çoxumuz maraqlanır: “Onların tükləri zərərlidirmi?”, “uşağımı sağlamlığına təsir edə bilərmi?”, “xəstəlik sağalacaqmı?”, “infeksiyaya yoluxmaq risqi varmı?", - kimi suallar veririk. Amma biz yəqin ki, heç vaxt "şizofreiyaya səbəb ola bilərmi?",- deyə düşünməmişik
Yuxarıda qeyd olunan araşdırma çaşdırıcı bir tapıntı ortaya çıxarıb, lakin məzmunu sona qədər oxuduqdan sonra sadəcə başlığı oxumaqla aldanmamağın vacibliyini anlayacaqsınız.
Erkən yaşda virusa məruz qalmanın şizofreniya riskini artıra biləcəyi irəli sürülür.
Əslində bu iddia yeni deyil. Bu, ən azı 40 ildir ki, haqqında danışılan, öyrənilən mövzudur. Bəzi tədqiqatlar belə bir şeyin mümkün olmayacağını sübut edərkən, bəziləri bunun həqiqətən baş verə biləcəyini göstərdi.
Avstraliyadakı tədqiqatçılar da bu günə qədər bu mövzuda edilən mübahisələri araşdırmaq qərarına gəldilər və 44 il ərzində 11 fərqli ölkədə aparılan 17 tədqiqata baxıblar. Nəticədə, onlar pişik sahibliyi ilə şizofreniya riskinin artması arasında müsbət əlaqə tapdılar.
Belə bir şeyə səbəb nə ola bilər?
Bu heyvanlarda “toxoplasma gondii” adlı parazit gəmiricilərdə rast gəlinir. Bu virus beynə daxil olur və canlının davranışlarını dəyişir, onları daha qorxmaz edir.
Təbii ki, bu onların pişiklərin ovuna çevrilməsinə səbəb olub. Bununla belə, əgər pişiyiniz evdən çıxmırsa və digər yoluxmuş heyvanlarla təmasda deyilsə, parazitin ötürülməsi ehtimalı azdır.
Bizə necə yoluxur?
“Toxoplasma gondii” adlanan təkhüceyrəli parazit insanların və digər heyvanların beyninə daxil olaraq onları da eyni şəkildə yoluxdura bilir. Onlar bizən pişik dişləməsi və ya nəcislə təmas yolu ilə ötürülə bilər, ancaq təkcə bu yolla deyil, həmçinin az bişmiş ət yemək, çirkli su içmək və ya qan köçürməklə də bu parazitlərə yoluxa bilərik.
Unutmaq olmaz ki, şizofreniya çox nadir xəstəlikdir.
Tədqiqatlar pişik sahiblərinin digər insanlara nisbətən şizofreniya xəstəliyinə tutulma ehtimalının iki dəfə çox olduğunu söyləsə də, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ümumi insan əhalisinin yalnız 0,32%-i şizofreniyadan əziyyət çəkir. Başqa sözlə, pişiklərlə böyüməkdən yaranan şizofreniya riski ilə belə, xəstəliyə yoluxma ehtimalımız çox aşağıdır.
Artıq aparılan araşdırmalar göstərir ki, pişiklər və şizofreniya riski arasında daha çox araşdırmaya ehtiyac var. Bundan əlavə, pişiklərdə müntəzəm olaraq parazit peyvəndi var. Bu peyvəndin alınmaması təkcə “Toxoplasma gondii” deyil, həm də heyvanlar üçün digər təhlükələrə səbəb olur. Odur ki, hər iki aydan bir parazit peyvəndi almağı unutmayaq!
Bundan əlavə, ev heyvanlarının insan sağlamlığına müsbət təsirini sübut edən bir sıra araşdırmalar var. Onlardan bəzilərini sadalayaq:
- Heyvan sahiblərinin depressiya riski 41% daha azdır.
- Köpək sahibi olan uşaqların həyacanlılığı iti olmayanlara nisbətən 21% aşağıdır.
- Pişik sahiblərinin infarkt riski digər insanlara nisbətən 1/3 azdır.
- Heyvanla böyüyən uşaqların orqanizmi allergiyaya çox daha davamlıdır.
- Köpək sahiblərinin piylənmə riski digər insanlara nisbətən daha azdır.
Qadir, Bizimyol.info






