Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xankəndi şəhər stadionunda tarixi gün: "Separatçılara aid izlər bu stadiondan silindi"
Xankəndi şəhər stadionunda tarixi gün: "Separatçılara aid izlər bu stadiondan silindi"

Bu gün xalqımız tarixi hadisəyə şahidlik edir. Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları üz-üzə gəlir.

Bizimyol.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxmaq üçün stadiona gəliblər.

İdmançılar tərəfindən Xankəndi şəhər stadionuna böyük Azərbaycan bayrağı gətirilib. Prezident İlham Əliyevin Xankəndi şəhər stadionuna gəlişi böyük coşqu ilə qarşılanıb. Xankəndi şəhər stadionunda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oyundan əvvəl stadionda çıxış edib. Prezident İlham Əliyev çıxışı zamanı bugün keçirilən tarixi oyunun futbol bayramı kimi qeyd olunduğunu vurğulayıb. 30 illik işğal altında olan torpaqlarımıza qayıdışımız sonrası yenidən dirçələcəyini qeyd edən dövlət başçısı, tarixi günün önəmindən bəhs edib.

Qarabağın hər bucağında olduğu kimi bugünkü oyunun keçirildiyi stadionda da indi tarixin qara səyfələrinə basdırılmış separatçı qüvvələrin bu torpaqlarda izləri var idi. Onların bayraq adlandırdığı bez parçaları, şüarları bu stadiondan olduğu kimi torpağımızın hər qarışından silinib.

Bu gün keçirilən oyunun tarixdə yeni iz qoyacağını vurğulayan Prezident İlham Əliyev, Ağdamda "İmarət" stadionunun yenidən inşasına başlanılacağı ilə bağlı şad xəbəri Xankəndi stadionunda açıqlayıb.

Sonra Ulu Öndər Heydər Əliyevin idmançılarla görüşləri, idmanla bağlı fikirləri barədə videoçarx nümayiş olunub.

Stadiona daxil olan dövlətimizin başçısı futbolçularla və oyunu idarə edən hakimlərlə görüşüb, onlarla xatirə şəkli çəkdirib. Prezident İlham Əliyevin topa rəmzi toxunuşundan sonra “Qarabağ” – MOİK görüşü başlayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »